İstifadəsinə göstərişlər:
Miorek miorelaksant və ağrıkəsici xüsusiyyətlərə malikdir.
Preparat skelet-əzələ sisteminin şiddətli ağrıları ilə müşahidə olunan əzələ spazmlarının simptomatik müalicəsi zamanı istifadə olunur.Əzələ gərginliyini və ağrıları aradan qaldırır və qıcolma zamanı skelet-əzələ sisteminin funksiyalarını bərpa edir.
Əks göstərişlər:
Preparat feniramidola və ya tərkibində olan hər hansı köməkçi maddəyə qarşı hiperhəssaslığı olan xəstələrdə istifadə olunmamalıdır.Hiperhəssaslıq hallarına allergik reaksiyalar, qızartı, səpgi, üzdə, dodaqlarda, əllərdə, ayaqlarda şişkinlik və nəfəsalmada çətinlik kimi simptomlar daxildir.
İstifadə qaydası və dozası:
Həkim tərəfindən xüsusi qaydada təyin olunmadıqda gündə 3 dəfə 1-2 tablet daxilə qəbul edilməlidir.Tableti çeynəmək olmaz.
Uşaqlarda istifadəsi:
Uşaqlarda istifadə zamanı feniramidolun sübut olunmadığından bu qrupdan olan xəstələrdə preparatın istifadəsi məsləhət görülmür.
Yaşlılarda istifadəsi:
Yaşlı pasiyentlərdə dozanın azaldılması mümkündür.
Aşağıdakı əlavə təsirlərdən hər hansı biri baş verərsə, həkimə müraciət olunmalıdır:
- başgicəllənmə
- ürəkbulanma, qusma
- yuxu pozğunluqları
- yuxululuq
- səpgi
- qaşınma
- dildə yanma hissi
Rəylər (0)