Göstərişlər:
Podaqranın profilaktikası üçün, insan orqanizminin "sidik turşusu" adlı maddəni həddindən artıq miqdarda hasil etdiyi xəstəlik belə adlanır. Sidik turşusu oynaqlarda və vətərlərdə kristallar şəklində toplanır. Həmin kristallar iltihabi reaksiyanın meydana çıxmasına səbəb olurlar. İltihab nəticəsində müəyyən oynaqlarda dəri şişkinliyi əmələ gəlir, hətta yüngül toxunuşda belə həmin oynaqda yüksək həssaslıq və ağrı hissi müşahidə olunur. Hərəkət etdikdə oynaqda şiddətli ağrı baş verir.
Əks göstərişlər:
Allopurinola qarşı hər hansı allergiya olduqda, preparatın istifadəsi əks göstərişdir.
İstifadə qaydası və dozası:
Milurit preparatını sutkada 1 dəfə qida qəbulundan sonra, su ilə birlikdə qəbul etmək lazımdır. Göstərilən preparatın istifadə müddətində çox miqdarda maye qəbul etmək lazımdır. Preparatın sutkalıq dozası 300 mq-dan yüksək olduqda və pasiyentdə mədə-bağırsaq traktında ürəkbulanma və ya qusma kimi arzuolunmayan hallar müşahidə olunduqda, bu halları azaltmaq üçün həkim, allopurinolun sutkalıq dozasını bir neçə dəfəlik qəbula bölə bilər.
Preparatın tövsiyə olunan başlanğıc dozası sutkada 1 dəfə 100 mq təşkil edir.
Rəylər (0)