İstifadəsinə göstərişlər:
Monopreparatların müəyyən edilmiş yeganə terapevtik göstərişləri, B1 vitaminin çatışmazlığını pəhriz vasitələrinin köməyi ilə müalicəsi mümkün olmadıqda, onların monopreparatların köməyilə müalicəsi və profilaktikasıdır.
Klinik diaqnozlaşdırılmış B1 vitamin çatışmazlığı aşağıdakı hallarda baş verə bilər:
Qeyri-kafi pəhriz və az yemək, uzunmüddətli parenteral qidalanma, aclıq üçün pəhriz saxlamaq, hemodializ, malabsorbsiya, xronik alkoqolizm tələbatın artması.
B1 vitamin çatışmazlığı nəticəsində yaranan nevropatiyanın və ürək-damar xəstəliklərinin müalicəsi.
Əks göstərişlər:
Benfotiaminə, tiaminə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı allergiya.
İstifadə qaydası və dozası:
Böyüklər
Həkim resepti olmadığı hallarda, klinik B1 vitamini çatışmazlığının müalicəsi zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə 1 dəfə 1 tabletdir.
Pəhriz vasitəsilə bərpa etmək mümkün olmadıqda, klinik B1 vitamini çatışmazlığıın baş verdiyi halların profilaktikası zamanı böyüklər üçün nəzərdə tutulmuş standart doza gündə bir dəfə 1 tablet təşkil edir.
Uşaqlar və yeniyetmələr
Uşaqlar və 18 yaşa qədər yeniyetmələr üçün preparatın təhlükəsizliyi və effektivliyi müəyyən edilməmişdir.
Yaşlı pasiyentlər
Yaşlılar üçün normal doza rejimi tövsiyə olunur.
Rəylər (0)