İstifadəsinə göstərişlər:
Neyropatiyaların müalicəsi.
B1 və B6 vitaminlərinin təsdiq olunmuş çatmışmazlığı nəticəsində yaranan sinir sistemi xəstəliklərinin müalicəsi.
Əks göstərişlər:
Tiaminə və benfotiaminə, pridoksin-hidroxloridə və ya Milqamma NA preparatının digər inqredientlərinə qarşı allergiya
Hamiləlik və laktasiya dövrü
İstifadə qaydası və dozası:
Preparat əzələ daxilinə və ya vena daxilinə yeridilir.
Həkiminiz başqa cür təyinat verməzsə, standart doza aşağıdakı kimidir.
Müalicənin əvvəlində inyeksiya üçün 1 ml məhlul gündə bir dəfə inyeksiya edilir.
Müalicənin davametmə müddəti mövcud xəstəliyin növündən və kəskinlik dərəcəsindən asılıdır. Əlavə məlumat üçün həkimə müraciət edin.
Rəylər (0)