İstifadəsinə göstərişlər:
Ürəyin işemik xəstəliyinin kompleks terapiyası;
xroniki ürək çatışmazlığı və dishormonal pozuntu fonunda kardiomiopatiya;
baş beyinin təchizatının kəskin və xroniki pozuntusunun kompleks terapiyası;
iş qabiliyyətinin azalması;
əqli və fiziki gərginlik;
xroniki alkoqolizm zamanı abstinensiya sibdromu;
kişi sonsuzluğu zamanı spermatogenezin stimulyasiyası
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı hiperhəssaslıq;
Kəllədaxili təzyiqin yüksəlməsi;
hamiləlik;
laktasiya dövrü;
18 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Preparat əzələdaxili, venadaxili və parabulbar yeridilir.
Venadaxili damcı üsulu ilə yeridilməsi zamanı preparat əvvəlcədən 100-200 ml 0,9%-li natrium xlorid məhlulunda həll edilir. Qlükoza və ya digər preparatlarla qarışdırmaq məsləhət görülmür.
Yeridilmə üsulu, doza və müalicə kursununmüddəti göstərişdən və vəziyyətin ağırlığından asılı olaraq fərdi müəyyən edilir.
Rəylər (0)