İstifadəsinə göstərişlər:
Auralı və aurasız miqren tutmalarının müalicəsi.
Əks göstərişlər:
Eletriptan molekuluna və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı hiperhəssaslıq. Kəskin qaraciyər və böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklər (18-65 yaş):
Tövsiyə olunan başlanğıc doza 40 mq-dır.
Başağrısı 24 saat müddətində yenidən təkrarlanarsa: əgər miqren ağrıları aradan qalxır, lakin sonra 24 saat müddətində yenidən təkrarlanırsa Miqrepaks yenidən eyni dozada təyin oluna bilər. İkinci doza, yalnız ilkin dozanın qəbulundan 2 saat sonra təyin oluna bilər.
Doza həddinin aşılması:
Simptomlar: arterial hipertenziya və MSS tərəfindən yaranan digər pozuntular.
Müalicəsi: mədənin yuyulması.
Əlavə təsirləri:
Tez-tez
Yuxululuq, başgicəllənmə, ürəkbulanma, dispepsiya, qarında ağrı, ağızda quruluq, faringit, rinit, əzələ ağrıları, miasteniya, əzələ hipertonusu.
Rəylər (0)