İstifadəsinə göstərişlər:
- Candida albicans tərəfindən törədilən vaginal kandidoz;
- anaerob bakteriyalar və Gardnerella vaginalis tərəfindən törədilən bakterial vaginit.
Əks göstərişlər:
-hamiləliyin ilk 3 ayı ərzində;
- porfiriya;
- epilepsiya;
- qaraciyər funksiyalarının ağır pozğunluğu;
- preparatın komponentlərinə qarşı yüksək həssaslıq;
- müalicə dövründə və ya bitkidən sonra alkoqol istifadə edən pasiyentlər;
- müalicə dövründə və ya son 2 həftə ərzində disulfiram qəbul edən pasiyentlər.
İstifadə qaydası və dozası:
Əgər həkim tərəfindən başqa təyinat verilməmişdirsə, 7 gün ərzində 1 vaginal tablet axşam yatmazdan əvvəl vaginaya dərinə yeridilir.
Doza həddinin aşılması:
Simptomları ürəkbulanma, qusma, qarında ağrı, ishal, qaşınma, ağızda metal dadı, ataksiya, paresteziya.
Əlavə təsirləri:
Nadir hallarda yüksək həssaslıq reaksiyaları və qarın nahiyəsində ağrı, baş ağrısı, vaginal qaşınma, göynəmə və qıcıqlanma kimi əlavə təsirlər müşahidə oluna bilər.
Rəylər (0)