İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Böyüklərdə, uşaqlarda və 10 yaşlı və ondan böyük yeniyetmələrdə birincili hiperxolesterinemiya və ya qarışıq dislipidemiya dietoterapiyada əlavə olaraq, pəhriz və digər qeyri-medikamentoz metodlar kömək etmədikdə;
- Ailəvi homoziqot hiperxolesterinemiya - dietoterapiyada və digər lipidazaldıcı müalicəyə əlavə kimi və ya belə müalicənin kifayət qədər effektli olmadığı hallarda;
ƏKS GÖSTƏRİŞLƏR:
- rozuvastatinə və ya preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
- böyrək funksiyalarının aydın ifadə olunan pozğunluğu;
- miopatiya;
- eyni zamanda siklosporinin qəbulu;
- hamiləlik və laktasiya dövrü;
- etibarlı kontrasepsiya istifadə etməyən cinsi yetişkənlik yaşına çatmış qadınlarda;
- laktozaya qarşı dözümsüzlük, laktaza çatışmamazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Günün istənilən vaxtında, qida qəbulundan asılı olmayaraq, çeynəmədən və xırdalamadan, bütöv şəkildə su ilə daxilə qəbul edilir.
Uşaqlar və yeniyetmələr:
10-17 yaş uşaqlar və yeniyetmələr ( oğlanlar - Tanner şkalasına görə II və daha yuxarı mərhələdə ikincili cinsi əlamətlərlə, qızlar - ilk menstruasiyadan bir il sonradan tez olmayaraq ). Ailə hiteroziqot hiperxolesterinemiyalı uşaqlarda və yeniyetmələrdə, adətən başlanğıc doza gündə 5 mq təşkil edir. Adi doza diapazonu 5-20 mq daxilə gündə bir dəfə.
10 yaşa qədər uşaqlarda rosuvastatinin istifadə təcrübəsi məhduddur. Ona görə də Mertenilin 10 yaşa qədər uşaqlarda istifadəsi tövsiyə olunmur.
Yaşlı pasiyentlər: 70 yaşından yuxarı pasiyentlər üçün tövsiyə olunan başlanğıc doza 5 mq təşkil edir.
ƏLAVƏ TƏSİRLƏR:
Tez-tez: başağrısı, başgicəllənmə, qəbizlik, ürəkbulanma, qarında ağrılar, mialgiya, astenik sindrom;
Nadir: trombositopeniya, angionevrotik ödem daxil olmaqla yüksək həssaslıq reaksiyaları, pankreatit, "qaraciyər" transaminazlarının aktivliyinin artması, miopatiya, rabdomioliz;
Çox nadir: polineyropatiya, yaddaşın itməsi, sarılıq, hepatit, artralgiya, hematuriya, ginekomastiya;
Tezlik məlum deyil: depressiya, diareya, öskürək təngənəfəslik, preiferik ödemlər, yuxu pozğunluğu.
Rəylər (0)