İstifadə qaydası və dozası:
Meprilin dozası qanda qlükoza miqdarı ilə müəyyən olunur.Başlanğıc və dəstəkləyici doza qanda və sidikdə qlükoza miqdarını
müntəzəm nəzarət əsasında fərdi olaraq təyin olunur.Ən azı metabolik nəzarətlərə dəyişikliklərə nəzarət edə bilən qlimepiridin
ən az dozasını seçmək lazımdır.Müalicənin əvvəlində gündə 1 dəfə 1mq mepril təyin olunur (2 mq seçmək lazım deyil) lazım
gəldikdə gündəlik doza qanda qlükozanın miqdarına daimi nəzarət olunaraq (1-2 həftəlik intervalla) tədricən , qeyd olunan
sxemdəki kimi artırıla bilər :1mq-2mq-3mq-4mq-6mq-8mq. Yaxşı nəzarət olunan şəkərli diabetli xəstələrdə doza
diapazonu.Gündəlik doza 1-4 mq təşkil edir.Yalnız xüsusi xəstələrdə müalicənin effekti gündəlik doza 6mq və artıq olaraq əldə
etmək mümkündür.
Doza korreksiyası : gündəlik dozanın qəbul vaxtı və tezliyi həkim tərəfindən xəstənin həyat tərzi nəzəra alınaraq müəyyən
olunur.Adətən gündəlik doza birbaşa səhər yeməyindən və ya gün ərzində ilk qida qəbulundan əvvəl təyin olunur.Mepril
qəbulundan sora mütləq qida olmalıdır.
İkinci doza seçimi : şəkərli diabetin kompensasiyası əldə olunan zaman insulinə həssaslıq yüksəlir.Bununla əlaqədar olaraq
müalicə zamanı Meprilə təlabat azala bilər .Hipoqlikemiya əmələ gəlməsinin qarşısını almaq üçün dozanı müəyyən müddət
azaltmaq və qəbulu dayandırmaq lazımdır.Doza korreksiyası xəstənin çəkisinin dəyişildiyi zaman ,həyat tərzinin dəyişildiyi
zaman və ya digər faktorların , hipo və ya hiperqlikemiya yaranmasına səbəb olan faktorların təsiri zamanı həyata
keçirilməlidir.
Müalicə müddəti : Bir qayda olaraq Meprillə müalicə uzun müddətli aparılmalıdır. Xəstənin başqa peroral hipoqlikemik
preparatdan meprilə keçirilməsi. Mepril və digər peroral şəkərsalıcı preparatların dozaları arasında dəqiq əlaqə yoxdur.Digər
preparatlardan meprilə keçən zaman doza 1 mq-dan başlanılmalıdır.(hətta digər peroral şəkərsalıcı preparatın maksimal
dozasından meprilə keçirilsə belə) .Digər şəkərsalıcı preparatın effektinin dərəcəsinə və müddətinə mütləq diqqət yetirilməlidir.
Hipoqlikemiya riskini artıran ,additiv reaksiyanın qarşısını almaq üçün preparatın qəbulunun dayandırılmasına ehtiyac yarana
bilər. İnsulinlə kombinasiyada istifadəsi :Mepril maksimal dozasının tətbiqi ilə normal effekt alınmadıqda insulinlə kombinasiya
etmək lazımdır.Kombinə olunmuş müalicəyə başlayan zaman qan zərdabında qlükoza miqdarı minimum 150mq/dl
olmalıdır.Meprilin optimal dozası gündə 1 dəfə 8 mq səhər acqarnına təyin olunur,insulinlə müalicə minimal dozadan başlanılır
və qanda qlükoza miqdarına nəzarət olunaraq tədricən artırılır.16 yaşına qədər xəstələrdə Meprilin effekti barədə dəqiq klinik
məlumatlar yoxdur.Meprili qaraciyər / böyrək çatımazlığı olan xəstələrdə istifadəsi zamanı “xüsusi göstərişlər” bölməsinə baxın
.Mepril tabletləri bütöv , çeynəmədən , kifayət qədər maye ilə qəbul olunmalıdır.
Tərkibi:
Təsiredici maddə : hər tabletin tərkibində 1 mq, 2 mq, 3 mq və ya 4 mq qlimepirid vardır.
Köməkçi maddələr : laktoza monohidrat , natrium nişasta qlikolyatı , mikrokristallik , sellüloza (Avicel PH 101) , povidon (PVPK
30 ) , maqnezium – stearat. Rəngləyici maddələr kimi: 1 mq-lıq tab.üçün qırmızı dəmir oksidi (E172) ; 2 mq-lıq tab. üçün sarı
dəmir oksidi (E172) və indiqokarmin (E132) ; 3mq-lıq tab üçün sarı dəmir oksidi (E172) ; 4 mq-lıq tab üçün indiqokarmin (E132) .
Rəylər (0)