Açıq-sarı rəngli, yumru, yastı, bir tərəfdən basıq 10,5 mm diametrli tabletlər.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- Osteoporozun kəskinləşməsi mərhələsində qısamüddətli simptomatik müalicə;
- Revmatoid artritin ( xroniki poliartrit ) uzunmüddətli simptomatik müalicəsi;
- Ankilozlaşan spondiloartritin simptomatik terapiyası.
ƏKS GÖSTƏRİŞLƏRİ:
Bu dərman vasitəsinin istifadəsi aşağıdakı hallarda əks-göstərişdir:
- Meloksikama və ya köməkçi maddələrdən hər hansı birinə və ya analoji preparatlarla məsələn, QSİƏP,
aspirinə qarşı yüksək həssaslıq olduqda.
- Melox tabletləri astma əlamətləri, burun polipləri, Kvinke ödemi müşahidə olunan xəstələrdə istifadəsi
arzuolunmazdır.
- Əvvəllər QSİƏP istifadəsi zamanı mədə-bağırsaq qanaxmalarının və ya perforasiyanın qeydə alınmasını. Aktiv
və ya anamnezdə periodik xora xəstəliyinin və ya qanaxmanın olması.
- Ağır qaraciyər çatışmamazlığı.
- Dializdə olmayan ağır böyrək çatışmamazlığı.
- Serebrovaskulyar qanaxmalar və ya laxtalanma pozğunluğu.
- Ağır ürək çatışmamazlığı.
- Hamiləliyin axrıncı trimestri və laktasiya dövrü.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Qısa müddətli minimal effektiv doza istifadə edilməklə əlavə təsirlərini minimuma endirmək olar, lakin bu
zaman simptomların kontrolu vacibdir. Melox tabletləri yalnız peroral qəbulu üçün nəzərdə tutulub. Ümumi
sutkalıq doza bir dəfəyə, yemək vaxtı, bol su ilə qəbul olunur.
Sutkalıq maksimal doza 15 mq-dır. Bu dozanı aşmaq olmaz.
Məsləhət görülən gündəlik doza 7.5 mq-dır, lakin simptomların ağırlıq dərəcəsindən asılı olaraq doza 15
mq/sutka-dək artırıla bilər.
Revmatoid artrit:
Məsləhət görülən gündəlik doza 15 mq-dır. Terepevtik effektdən asılı olaraq sutkalıq doza 7,5 mq-dək azaldıla
bilər.
Ankilozlaşan spondiloartrit:
Məsləhət görülən gündəlik doza 15 mq-dır. Terapevtik effektdən asılı olaraq sutkalıq doza 7.5 mq-dək azaldıla
bilər.
ƏLAVƏ TƏSİRLƏR:
ən çox rast gəlinən əlavə təsirlər MBT tərəfindədir. Peptiki xoraların, perforasiya və letallıqda nəticələnən MBT
qanaxmalarının rastgəlmə tezliyi yaşlı insanlardan daha yüksəkdir. İstifadəsindən sonra ürəkbulanma, qusma,
diareya, meteorizm, qəbizlik, dispepsiya, qarında ağrılar, melena, xoralı stomatit, kolitin kəskinləşməsi və Kron
xəstəliyi müşahidə olunmuşdur. Qastrit az hallarda qeydə alınmışdır.
DOZA HƏDDİNİN AŞILMASI:
Əlamətləri: QSİƏP-la kəskin doza aşımı olduqda adətən müvafiq müalicə fonunda keçici xarakter daşıyan
əzginlik, yuxululuq, ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrılar kimi əlamətlərlə məhdudlaşır. MBT
qanaxmaları baş verə bilər. Ağır zəhərlənmələr hipertoniyaya, böyrək çatışmamazlığı, qaraciyərin funskional
pozğunluğu, tənəffüsün dayanmasına, koma, tutmalara, ürək damar çatışmamazlığı, ürəyin dayanmasına
gətirib çıxara bilər. QSİƏP terapevtik istifadəsi zamanı anafilaktik reaksiyalar doza aşımından sonra müşahidə
olunmuşdur.
Təsiredici maddə: hər tabletin tərkibində 15 mq meloksikam vardır.
Köməkçi maddələr: natrium sitrat, laktoza monohidrat, mikrokristallik sellüloza, susuz silisium, povidon,
krospovidon, maqnezium stearat.
Rəylər (0)