İstifadəsinə göstərişlər:
Yer kürəsinin saat qurşaqları arasındakı sürətli yerdəyişmə nəticəsində desinxronoz (normal sirkad ritmin pozulması): işıq rejiminin pozulması, o cümlədən, növbənin dəyişməsi və ya yerdəyişməli əməklə məşğul olan şəxslərdə işıq rejiminin pozulması.
Meteohəssaslıq.
Zəiflik, yuxunun pozulması (o cümlədən, yaşlı pasiyentlərdə).
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarçşı yüksək həssaslıq: autoimmun xəstəliklər, allergik xəstəliklər: limfoqranulematoz, leykoz, limfoma, mieloma, epilepsiya, şəkərli diabet, hamiləlik, laktasiya dövrü, uşaqlar.
İstifadə qaydası və dozası:
Daxilə qəbul edilir.Yuxunun pozulması, zəiflik zamanı doza fərdi seçilir və yatmazdan 30-40 dəqiqə əvvəl sutkada 0.3-3 mq təşkil edir.
Meteohəssaslıq zamanı yatmazdan 30-40 dəqiqə əvvəl sutkada 1 dəfə 0.3 mq təyin edilir.
Müalicə kursunun müddəti fərdi təyin edilir.Təkrar kursun aparılması mümkündür.
Rəylər (0)