İstifadəsinə göstərişlər:
-Əsasən gövdənin zədələnməsi ilə müşaiyət olunan kəllə beyin travmalarının kəskin dövrü;
-degenerativ və involyusion psixoorqanik sindromlar;
-birincili və ikincili mnestik funksiyaların pozulması ilə gedən, özünü yaddaşın pozulması, şüurun qaranlıqlaşması, dezoriyentasiya, motivasiyanın, təşəbbüsün və diqqətin zəifləməsi ilə biruzə verən serebrovaskulyar çatışmazlıq;
-multiinfarkt demensiya.
Əks göstərişlər:
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq;
hamiləlik və laktasiya dövrü.
İstifadə qaydası və dozası:
Əzələ daxilinə və vena daxilinə yeritmək üçün təyin olunur.
Kəskin vəziyyətlərdə əzələ daxilinə sutkada 1 q yaxud vena daxilinə sutkada 1-3 q təyin edilir. Vena daxilinə yeritdikdə 1 ampulun möhtəviyyatı 50 ml fizioloji məhlulda durulaşdırılır; infuziyanın sürəti dəqiqədə 60-80 damcı olmalıdır. Müalicə müddəti adətən 10 gündür, lakin lazım gəldikdə müalicə müsbət dinamika əldə edilənə qədər davam etdirilə bilər.
Doza həddinin aşılması:
Doza həddi aşıldıqda ürəkbulanma baş verir və bu əlaməti aradan qaldırmaq üçün doza aşağı salınır yaxud müalicə dayandırılır.
Əlavə təsirləri:
Ürəkbulanma;
Allergik reaksiyalar;
Adətən, preparatın uzunmüddətli istifadəsi yüngül keçirilir.
Rəylər (0)