İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- güclü depressiv pozğunluq:
- aqorafobiya ilə və ya aqorafobiyasız vahimə ( panik ) pozğunluğu:
- sosial təşviş pozğunluğu ( sosial fobiya ):
- ümumi təşviş pozğunluğu:
- obsessiv-kompulsiv pozğunluq:
ƏKS GÖSTƏRİŞLƏR:
- preparatın təsiredici və ya istənilən digər komponentinə qarşı hiperhəssaslıq:
- monoaminoksidazanın ( MAO ) inhibitorlarının eyni vaxtda qəbulu:
- QT intervalının uzanması olan və yaxud anadangəlmə uzanmış QT sindromu olan xəstələrdə istifadəsi:
- QT intervalını uzadan dərman preparatları ilə yanaşı istifadəsi:
- 18 yaşa qədər uşaq və böyük yaş dövrü:
HAMİLƏLİK VƏ LAKTASİYA DÖVRÜNDƏ İSTİFADƏSİ:
Medolapram-Vm preparatının hamiləlik zamanı istifadəsi yalnız ana üçün ehtimal olunan fayda döl üçün potensial riskdən üstün olduğu potensial riskdən üstün olduğu halda mümkündür.
Preparatdan laktasiya dövründə istifadə etmək lazım gəldikdə, südlə bəsləməni dayandırmaq lazımdır.
İSTFADƏ QAYDASI VƏ DOZASI:
Medolapram-VM preparatı qida qəbulundan asılı olmayaraq, daxilə təyin edirlər.
Güclü depressiv pozğunluq.
Adətən sutkada bir dəfə 10 mq təyin edirlər.Pasiyentin fərdi reaksiyasından asılı olaraq, doza maksimal dozaya qədər-sutkada 20 mq qədər artırıla bilər.Antidepressiv təsir adətən müalicə başladıqdan 2-4 həftə sonra meydana gəlir.Depressiya simptomları aradan qalxdıqdan sonra əldə olunmuş müsbət təsirin daha davamlı olması üçün terapiyanı ən azı 6 ay davam etdirmək lazımdır.
Aqorafobiya ilə və ya aqorafobiyasız vahimə ( panik ) pozğunluq.
Müalicənin ilk həftəsi ərzində məsləhət görülən doza sutkada 5mq təşkil edir və bu doza sutkada 10 mq qədər artırıla bilər.Pasiyentin fərdi reaksiyasından asılı olaraq, doza maksimal dozaya qədər-sutkada 20mq qədər artırıla bilər.Maksimal terapevtik effekt təxminən müalicəyə başladıqdan 3ay sonra baş verir.Terapiya bir neçə ay davam edir.
Sosial təşviş pozğunluğu:
Adətən sutkada bir dəfə 10 mq təyin edirlər.Simptomların zəifləməsi adətən müalicəyə başladıqdan 2-4 həftə sonra baılayır.Pasiyentin fərdi reaksiyasından asılı olaraq, doza sonradan sutkada 5 mq qədər azaldıla bilər və ya maksimal dozaya-sutkada 20 mq qədər artırıla bilər.
Sosial təşviş pozğunluğu xroniki gedişatlı xəstəlik olduğundan, terapevtik kursun minimal məsləhət görülən müddəti 12 həftə təşkil edir.Xəstəliyin residivlərinin qarşısını almaq üçün preparat pasiyentin fərdi reaksiyasında asılı olaraq, 6 ay ərzində və ya daha artıq müddətə təyin oluna bilər.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: başgicəllənmə, tremor, həyəcan, süstlük, şüur pozğunluğu, qıcolma tutmaları, taxikardiya, EKQ-də dəyişikliklər, aritmiyalar, tənəffüsün zəifləməsi, qusma, rabdomiopiz, metabolik asidoz, hipokaliemiya.
Müalicəsi: xüsusi antidotu yoxdur.Mədənin yuyulmasını, adekvat oksigenasiyanı, ürək-damar və tənəffüs sistemlərinə nəzarəti özündə əks etdirən simptomatik və dəstəkləyici terapiya aparılır.
ƏLAVƏ TƏSİRLƏRİ:
Əlavə təsirlər daha çox müalicənin birinci və ya ikinci həftəsində meydana gəlir və sonradan adətən daha az intensiv olur və terapiyanı davam etdirdikdə, daha gec-gec baş verməyə başlayır.
SAXLANMA ŞƏRAİTİ:
25C-dən yuxarı olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır!
RESEPT ƏSASINDA BURAXILIR.
İSTEHSALÇI:
Türkiyə.
Rəylər (0)