İstifadəsinə göstərişlər:
Allergik rinitlərin və yanaşı gedən astmanın müalicəsi və simptomlarının yüngülləşdirilməsi.
Əks göstərişlər:
Preparatın təsiredici maddələrinə və ya hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Lyukamont Plyus tabletləri daxilə su ilə, qida qəbulundan asılı olmayaraq qəbul olunur.
Böyük və 15 yaşdan yuxarı olan xəstələrdə tövsiyə olunan doza gündə 1 tablet təşkil edir.
Doza həddinin aşılması:
Lyukamont Plyus preparatı doza həddinin aşılması halları qeyd olunmamışdır.
Əlavə təsirləri:
Ümumi pozulmalar və yerli reaksiyalar
çox tez-tez: yorğunluq, başağrısı;
çox nadir: hiperhəssaslıq reakasiyalar;
Sinir sisteminə
çox tez-tez: ağızda quruluq;
çox nadir: başgicəllənmə, yuxululuq, yuxusuzluq, psixomotor oyanıqlıq, qıcolmalar.
Psixi pozulmalar
çox nadir: hallüsinasiyalar.
Ürək-damar sisteminə
çox nadir: taqxikardiya, ürəkdöyünmə hissi.
Rəylər (0)