İstifadəsinə göstərişlər:
Preparat ağız boşluğu, damaq və qırtlağın selikli qişasının infeksion-iltihabi xəstəliklərinin müalicəsi zamanı istifadə olunur; gingivit, stomatit, yuxarı tənəffüs yollarının çoxsahəli və ya qeyri-spesifik hissələrinin kəskin infeksion xəstəlikləri, aftoz xoralar, herpetik zədələnmələr ağız boşluğunun selikli qişasının müxtəlif mənşəli eroziyası.
Əks göstərişləri:
- Dərman vasitəsinin hər hansı komponentinə qarşı yüksək həssaslıq (yumurta ağına qarşı olan allergiya daxil olmaqla);
- 3 yaşadək uşaqlar;
- Laktozaya qarşı irsi dözümsüzlük, laktaza çatışmazlığı və ya qlükoza-qalaktoza malabsorbsiyası.
İstifadə qaydası və dozası:
3-7 yaş arası uşaqlar gündə 3 dəfə 1 tablet,
7-12 yaş arası uşaqlar gündə 4 dəfə 1 tablet,
12 yaşdan yuxarı uşaqlar və böyüklər gündə 3-4 dəfə 2 tablet
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik və laktasiya dövründə təyin edilə bilər.
Rəylər (0)