İstifadəsinə göstərişlər:
Quru göz sindromunun simptomatik müalicəsi.
Həmçinin mavi işığın zərərli təsirindən, ətraf mühit faktorlarından yaranmış görmə stresi, əməliyyat və göz zədələnməsindən sonra irəli gələn stress nəticəsində yaranmış buynuz qişanın qorunması üçün göz yaşı əvəzedicisi kimi istifadə edilə bilər.
İstifadə qaydası və dozası:
Hər gözə 1-2 damcı gündə bir neçə dəfə və ya həkimin göstərişinə əsasən damızdırılır.
Məhsul kontakt linzaları taxanda da istifadə edilə bilər.
Ehtiyat tədbirləri:
Məhsulu istifadə etməzdən əvvəl əlləri yaxşı-yaxşı yumaq lazımdır.
Məhsula və ya tərkibində olan digər komponentlərindən istənilən birinə qarşı yüksək həssaslıq olarsa, ondan istifadə etmək olmaz.
Uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Məhsulu udmaq olmaz.
Əlavə təsir meydana çıxarsa, məhsulun istifadəsini dayandırıb həkimə müraciət etmək lazımdır.
Rəylər (0)