İstifadəsinə göstərişlər
Bronixal astmanın profilaktikası və uzun müddətli müalicəsi üçün, o cümlədən:
-gündüz və gecə simptomlarının qarşısını almaq məqsədilə;
-asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronixal astmanın müalicəsi;
-fiziki gərginlik zamanı yaranan bronxospazmın qarşısını almaq məqsədilə.
Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə istifadə edilir.
Əks göstərişlər
-Preparata qarşı yüksək həssaslıq
-Fenilketonuriyalı xəstələrdə istifadə (preparatın tərkibində aspartamın tərkib hissəsi olan fenilalanin olduğuna görə).
İstifadə qaydası və dozası
LUKASTİN gündə bir dəfə təyin olunmalıdır
2-5 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 4 mq çeynəmə tablet istifadə edilə bilər.
6-14 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 5 mq çeynəmə tablet istifadə edilə bilər. Bu yaş qrupuna daxil olan xəstələrdə dozanın korreksiyası tələb olunur.
Yaş 15 və ondan yuxarı olan xəstə qrupunda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 10 mq çeynəmə tablet istifadə edilə bilər.
Doza həddinin aşılması
Doza həddi aşıldıqda simptomatik müalicə aparmaq lazımdır. Xronik bronixal astma üzrə aparılan tədqiqatlarda 22 həftə ərzində 200 mq/gün və qısa müddətli tədqiqatlarda 1 həftə ərzində 900 mq/gün dozada montelukast natrium təyin olunmuş və bu zaman hər hansı bir klinik əhəmiyyətli əlavə təsir müşahidə olunmamışdır.
Post-marketinq təcrübələrdə və klinik tətqiqatlarda 150 mq/gün doza ilə müalicə olunan uşaqlarda doza həddinin aşılması halları müşahidə olunmamışdır. Ən çox rast gələn əlavə təsir susuzluq, yuxululuq, midriaz, hiperkinez və mədə ağrısı olmuşdur. Montelukast orqanizimdən peritoneal dializ və ya hemodializ vasitəsilə təmizlənməsi haqqında məlumat yoxdur.
Əlavə təsirləri
Montelukast orqanizim tərəfindən adətən yaxşı qəbul olunur. Klinik tədqiqatlar zamanı müşahidə olunan əlavə təsirlər yüngül olmuşdur və müalicəsin dayandırmağa ehtiyac yaratmamışdır.
Ən cox rast gələn əlavə təsirlərinə susuzluq, hiperkineziya, qarın nahiyəsində ağrı, göz bəbəklərinin genişlənməsi aiddir.
Plasebo ilə müqayisədə daha çox rast gələn və tezliyi 1%-dən çox olan əlavə təsir baş ağrısı olmuşdur. Bundan əlavə, faringit, yuxarı tənəffüs yollarının infeksiyaları, sinusit, otit və virus infeksiyaları haqqında da məlumatlar daxil olmuşdur.
Nadir hallarda: hiperhəssaslıq fonunda - asteniya, yorğunluq, ödem, anafilaktik şok, angiödem, dərinin qızarması, dəridə allergik səpgi, və nadir hallarda qaraciyərin eozinofil infiltrasiyası daxil olmaqla
MSS tərəfindən yaranan pozğunluqlar: baş gicəllənmə, yuxu pozulmaları, hallusinasiyalar, aqressiv davranış, həyacan və təşviş halları, baş ağrıları qeyd edilmişdir.
Dayaq hərəkət sisteminin pozğunluqları: atralgiya və əzələ ağrıları olan mialgiya
Həzim sisteminə: ürək bulanma, qusma, ağız quruluğu, dispepsiya, epiqastral nahiyədə ağrılar, diareya.
Qaraciyər və öd yollarının pozğunluqları: Xolestatik hepatitlər zamanı plazmada (AST və ALT) transaminazaların artması
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Montelukast natrium astmanın və allergik rinitin profilaktikası və uzunmüddətli müalicəsi üçün digər ənənəvi dərmanlarla birgə istifadə oluna bilər. Qarşılıqlı təsir öyrənilən tədqiqatlar zamanı montelukast tövsiyə olunan dozada aşağıdakı dərmanların farmakokinetikasına əhəmiyyətli təsiri aşkar olunmamışdır: teofillin, prednizalon, oral kontraseptivlər (etinil estradiol / noretindron 35/1), terfenadin, diqoksin və varfarin.
Fonobarbitalla birgə təyin edildikdə konsentrasiya-zaman əyrisi altındakı sahə (AUC) təxminən 40% aşağı düşmüşdür. Montelukast natrium dozasına düzəliş edilməsi tövsiyə olunmur. Fenobarbital və ya rifampisin kimi P450 fermentinin güclü induktorları montelukast natriumla birgə təyin edildikdə müvafiq klinik monitorinqinin aparılması məqsədə uyğundur.
Montelukast qaraciyər CYP3A4 ilə metabolizə olunur və fenitonin, fenobarbital, rifampisin və dazıotu kimi ferment induktorları ilə birgə təyin edildikdə, onun plazma səviyyəsi aşağı düşür.
Rəylər (0)