İstifadəsinə göstərişlər:
Lortenza preparatı iki ayrı dərman preparatlarının qəbulu yerinə lozartan və amlodipini artıq bu dozalarda qəbul edən xəstələrdə yüksək arterial təzyiqinin müalicəsi üçün istifadə olunur.
Əks göstərişlər:
- əgər sizin lozartan, amlodipin və ya hazırkı dərman preparatının istənilən digər komponentlərinə və ya nəfəs almaqda çətinlik kimi özünü büruzə verə bilər.
- əgər sizdə çox aşağı arterial təzyiq müşahidə olunarsa
- əgər siz ürək tutmasından sonra ürək çatışmazlığından əziyyət çəkirsinizsə
- əgər sizin hamiləlik müddətiniz 3 aydan çoxdursa
- əgər sizdə qaraciyər funksiyası ağır pozulubsa
İstifadə qaydası və dozası:
Lortenza preparatının tövsiyə olunan dozası-sutkada bir tablet.Tabletləri qida qəbulundan asılı olmayaraq bir stəkan su ilə qəbul etmək lazımdır.Siz preparatın sutkalıq dozasını hər gün eyni vaxtda qəbul etməlisiniz.Lortenza preparatını qreyfurt şirəsi ilə qəbul etməyin.Lortenza preparatının qəbulunu həkim onu dayandırmağı tövsiyə etməyənə qədər davam etdirmək lazımdır.
Rəylər (0)