İstifadəsinə göstərişlər:
Ağız boşluğunda və boğazda olan ağrılı vəziyyəti müvəqqəti olaraq aradan götürür (məs., angina, faringit, tonzillit, aftoz stomatit, qlossit), ağız boşluğunda və boğazda aparılan əməliyyatlardan sonra. Kimyəvi terapiya, radioterapiya və başqa əməliyyatlar (məs., traxeyanın intubasiyası) nəticəsində ağız boşluğunda baş verən xəstəliklərin müalicəsində.
Ağızda selikli qişanın iltihabı zamanı, fəsadlarda, paradontun xəstəlikləri zamanı.
Gingivitin müalicə və profilaktikası.
Diş ərpinin azaldılması məqsədi ilə.
Ağız boşluğunun gigiyenası məqsədi ilə.
Əks göstərişlər:
Benzidaminə və onun törəmələrinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Məhlulu udmaq olmaz. Istifadədən sonra məhlulu ağızdan xaric etmək lazımdır.
Böyüklər: 15 ml məhlulu 30 saniyədən az olmayaraq ağızda saxlamaq lazımdır. Proseduru hər 1,5-3 saatdan bir təkrar etmək lazımdır.
Lorobenin tərkibindəki xlorheksidin ağızda olan ərpin və gingivitin azalmasına səbəb olur.
Əgər Loroben məhlulu ağız boşluğunun gigiyenası üçün istifadə olunursa, onda 1 dəqiqədən az olmayaraq qarqara etmək lazımdır. Xlorheksidinin əmələ gətirdiyi
ləkələrin qarşısını almaq məqsədi ilə, preparatın istifadəsindən əvvəl dişləri fırçalamaq lazımdır.
Uşaqlar(6-12 yaş):
5-15 ml məhlul ilə hər 1,5-3 saatdan bir 30 saniyə ərzində qarqara etmək lazımdır.
7 gündən artıq istifadə etmək olmaz. Əgər göynəmə və sancma hissi əmələ gələrsə, məhlulu su ilə durulaşdırmaq lazımdır.
6 yaşdan aşağı uşaqlarda istifadə etmək məsləhət deyil.
Saxlanma şərtləri: Otaq temperaturunda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Rəylər (0)