İstifadəsinə göstərişlər:
- Yüngül əməliyyatsonrası ağrının qısamüddətli müalicəsi.
Əks göstərişləri:
- Lonoksikama və preparatın hər-hansı komponentinə qarşı hiperhəssaslıq;
- digər QSİƏM, o cümlədən asetilsalisil turşusua qarşı yüksək həssaslıq;
- Trombositopeniya;
- Ürək çatışmazlığının ağır forması;
- Mədə-bağırsaq qanaxmaları, serebro-vaskulyar qanaxmalar və ya digər hematoloji pozğunluqlar;
- Anamnezdə əvvəllər QSİƏM istifadəsilə əlaqədar mədə-bağırsaq qanaxmaları və ya perforasiyanın olması;
- Aktiv peptik xora və ya anamnezdə xoranın\qanaxmanın residivləri;
- Qaraciyər çatışmazlığının ağır forması;
- Böyrək çatışmazlığının ağır forması;
- Hamiləliyin üçüncü trimestri;
İstifadə qaydası və dozası:
Tövsiyyə olunan doza: 8 mq venadaxili və ya əzələdaxili. Gündəlik doza 16 mq-dan çox olmamalıdır.
İstifadə qaydası: venadaxili və ya əzələdaxili inyeksiya.
Venadaxili inyeksiya formasında istifadəsi zamanı inyeksiya vaxtı 15 saniyədən az olmamalıdır, əzələdaxili inyeksiya zamanı isə-5 saniyədən az olmamalıdır.
Rəylər (0)