Göstərişlər:
Mövsümi və il boyu davam edən allergik rinitlərin müalicəsi və profilaktikası.
Əks göstərişlər:
Flutikazon propionata və ya preparatın tərkibindəki komponentlərdə hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Lorinex-F yalnız intranazal (burun daxili) istifadə üçün nəzərdə tutulmuşdur. Tam müalicəvi effekt almaq üçün preparat mütəmadi istifadə olunmalıdır.
4-12 yaş uşaqlar - Mövsümi və il boyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün hər burun dəliyinə gündə 1 dəfə 1 doza (50 mkq) istifadə olunur. Gündəlik maksimal doza hər burun dəliyinə 2 doza (200 mkq) təşkil edir.
12 yaşdan böyük uşaqlar və böyüklər:
Mövsümi və il boyu müşahidə olunan allergik rinitlərin müalicə və profilaktikası üçün əsasən səhərlər hər burun dəliyinə gündə 1 dəfə 2 doza (100 mkq) püskürdülür.
Maksimal gündəlik doza hər burun dəliyinə 4 doza (400 mkq) təşkil edir.
Rəylər (0)