Açıq sarı rəngli, yumşaq,yağlı kütlə.
İstifadəsinə göstərişlər:
Dərinin keratinləşməsi ilə nəticələnən kəskin və xroniki dermatozlar: atopic dermatit, yayılmış neyrodermit, xroniki vidal lixeni, yarımkəskin və xroniki ekzemanın müxtəlif növləri (xüsusilə, buynuzlu), hiperkeratoz (məsələn ixtioz), psoriaz, seboreya, qırmızı yastı dəmrov, qırmızı ziyilli dəmrov; güclü lixenizasiyalı düyün qoturluğu, fotodermatitlər, multiformalı ekssudativ eritema; qırmızı qurdeşənəyi, həşəratların dişləməsi.
Əks göstərişləri:
-Bakterial; virus ( o cümlədən suşişəyi və dəmrov) və göbələk mənşəli dəri xəstəlikləri;
-Dəri xəstəliklərinin irinli fəsadları;
-Dəri şişləri;
-Vulqar və çəhrayı civzələr;
-Dərinin vərəmi;
-Dərinin sifilitik dəyişiklikləri;
-suçiçəyi;
-dərinin xərçəng xəstəliyi və ya buna meyilli vəziyyət ;
-venaların varikoz genişlənməsi fonunda baldırda xoralar;
-dəri xəstəliklərinin yarımkəskin və kəskin sulanan ekssudativ mərhələsi;
-məlhəm əsasında komponentlərinə və ya kortikosteroidlərə qarşı yüksək həssaslıq;
-hamiləliyin 1-ci trimestri 2 yaşa qədər uşaqlar.
İstifadə qaydası və dozası:
Preparat yerli istifadə olunur.
İstifadə qaydası və dozası həkim təyin edir
Bir qayda olaraq məlhəm dərinin zədələnmiş sahəsinə gündə 2-3 dəfə nazik təbəqə şəklində sürtülür kəskin iltihab aradan qalxdıqdan sonra gündə 1-2 dəfə təyin olunur. Vəziyyət yaxşılaşdıqdan sonrapreparat təkrar olaraq daha 3-4 gün istifadə edilə bilər. Xroniki dəri zədələnmələri zamanı preparatın istifadəsi 3 həftədən artıq olmamalıdır. Dərinin yağsız və quru zədələnmələrinin müalicəsi zamanı preparatı okklüziv sarğı altında hər 24-48 saatdan bir dəyişdirməklə istifadə etmək olar. Hər bir halda xarakterik terapevtik tələblərə əməl etməklə, nəmlilik dərəcəsini atılan qatın qalınlığı ilə müəyyən etmək olar.
Təsiredici maddə: 1 q məlhəmin tərkibində 0,2 mqflumetazon-pivalat, 30 mq salisil turşusu vardır
Köməkçi maddələr: propilenqlükol, susuz lanolin, ağvazelin
Rəylər (0)