İstifadəsinə göstərişlər:
Lorde hyal laringiti, traxeiti, bronxiti, bronxioliti, bronxoektatik xəstəliyi və ağciyərlərin xroniki obstruktiv xəstəliyi olan pasiyentlər üçün göstərişdir. Həmçinin, burun-udlağın, burun boşluğunun və əlavə burun ciblərinin kəskin və xroniki xəstəlikləri, uşaqlarda adenoidlərin hipertyrofiyası, ilboyu və mövsümi allergik rinit zamanı selikli qişanın ödemini azaltmaq və tənəffüsü yüngülləşdirmək məqsədilə istifadə olunur.
Əks göstərişlər:
LORDE hyal tibbi vasitənin komponentlərə qarşı yüksək fərdi həssaslıq zamanı əks göstərişdir.
İstifadə qaydası və dozası:
Məhlulun inhalyasiyasını üz üçün xüsusi maskadan, ağızlıqdan, ağızlıq əmzikdən və ya nazal kanuldan istifadə etməklə nebulayzerin köməyilə həyata keçirmək olar.
Uşaqlarda istifadə zamanı: uşaqlarda anadan olan gündən istifadə olunur.
Böyüklərdə istifadə zamanı: gündə 2 dəfə bir konteyner istifadə etmək lazımdır.
1. Polimer paketi açın və birdozalı konteyneri oradan çıxarın.
2. Çıxardığının konteyneri çalxalayın.
3. Konteyneri açmaq üçün onun yuxarı ucundan tutmaqla, digər ucunu döndərin.
4. Konteyneri açıq ucu aşağı olmaqla, nebulayzerə quraşdırın və yüngülcə sıxın.
5. Nebulayzeri yığın və təyinatı üzrə istifadə edin.
İstifadə zamanı ehtiyat tədbirləri:
Məhlul yalnız ilhalyasion və ya intranazal yolla istifadə üçün nəzərdə tutulmuşdur.
Uşaqlarda istifadəsi böyüklərin nəzarəti altında həyata keçirilməlidir!
Bronxospazım, öskürək və ya hər hansı digər əlavə reaksiya baş verərsə, preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Əlavə təsirləri:
Nadir hallarda burunun selikli qişasının hiperemiyası, öskürək və ya bronxospazım baş verə bilər.
Rəylər (0)