Göstərişlər:
Loradin xronik idiopatik övrənin, mövsümi və xronik allegik rinitin müalicəsi üçün təyin edilir.
Əks göstərişlər:
Loradin tabletin tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslığı olan pasiyentlərə əks göstərişdir.
İstifadə qaydası və dozası:
Loratadinin böyüklər və 12 yaşdan böyük uşaqlar üçün tövsiyə edilən dozası gündə 1 dəfə 10 mq təşkil edir. Preparat 2-12 yaş arası uşaqlarda çəkidən asılı olaraq təyin olunur. Bədən kütləsi 30 kq-dan yuxarı olan uşaqlara gündə 1 dəfə 10 mq təyin edilir. Bədən kütləsi 30 kq-dan aşağı olan uşaqlarda istifadə olunmur.
Rəylər (0)