Bərk jelatin kapsullar. Gövdəsi çəhrayı rəngdə, apağı tünd-yaşıl rəngdədir; kapsulun möhtəviyyatı aə rəngli
tozdur.
İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Müxtəlif mənşəli kəskin və xronik diareyanın ( allergik, emosional, dərman, şüa; qidalanma rejiminin və
qidanın keyffiyət tərkibinin deyişilməsi zamanı, metobalizm və sorulma pozğunluğu zamanı; infeksion mənşəli
diareya zamanı köməkçi vasitə kimi ) simptomatik müalicəsi.
ƏKS GÖSTƏRİŞLƏR:
- Loperamid hidroxloridə və ya preparatın istənilən digər komponentinə qarşı həssaslığın artması;
- Divertikulyoz;
- Bağırsaq keçməzliyi ( o cümlədən, peristaltikanın tormozlanmasına yol verməmək lazım gəldikdə );
- Geniş təsir spektrli antibiotiklərdən istifadə ilə bağlı olan kəskin xoralı kolit və ya psevdomem-branoz kolit;
- Salmonella, Shigella və Campylobacter ailəsinə daxil olan mikroorqanizmlər vasitəsilə törədilən bakterial
enterokolit;
- Preparatın metobalizmi üçün lazım olan qara-ciyər funksiyalarının pozulması, çünki bu, nisbi doza həddinin
aşılmasına gətirib çıxara bilər;
- Qızdırma və qan qarışıqlı nəcis ifrazı ilə müşayiət olunan kəskin diareya;
- Hamiləlik ( I üçaylıq ) və laktasiya dövrü;
- 12 yaşa qədər uşaqlar;
- Laktoza çatışmazlığı, qalaktozaya qarşı dözümsüzlük, qlükoza-qalaktoza malabsorbsiyası.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Kapsulları daxilə, çeynəmədən, su ilə qəbul etmək lazımdır.
Böyüklərdə kəskin diareya zamanı başlanğıc doza – 2 kapsul ( 4 mq ); sonra – hər defekasiya aktından sonra
( maye nəcis ifrazı zamanı ) 1 kapsul ( 2 mq ); maksimal gündəlik doza – 16 mq ( 8 kapsul ).
6 yaşdan böyük uşaqlarda kəskin diareya zamanı loperamidin başlanğıc dozası – 1 kapsul ( 2 mq ), sonra hər
defekasiya aktından sonra 1 kapsul ( 2 mq ); maksimal doza uşağın bədən çəkisinə əsasən hesablanmalıdır
( uşağın 20 kq bədən çəkisinə 3 kapsul ).
ƏLAVƏ TƏSİRLƏR:
Daha tez-tez diareya sindromu üçün xarakterik olan əlavə effektlərə rast gəlinir: abdominal ağrı/diskomfort,
ürəkbulanma, qusma, ağızda quruluq, yorğunluq hissi, yuxusuzluq, başgicəllənmə, qəbizlik və meteorizm.
DOZA HƏDDİNİN AŞILMASI:
Simptomları: doza həddi aşıldıqda ( qaraciyər funksiyalarının pozulması nəticəsində doza həddinin nisbi
aşılması da daxil olmaqla ) mərkəzi sinir sisteminin ( MSS ) tormozlanması ( stupor, hərəkətlərin
koordinasiyasının pozulması, yuxululuq, mioz, əzələ hipertonusu, tənəffüsün çətinləşməsi ), sidiyin ləngiməsi
və bağırsaq keçməzliyinə bənzər simptomlar kompleksi əmələ gələ bilər. Uşaqlarda hematoensefalik baryer
hələ tam dərəcədə formalaşmadığından, onlar preparatın MSS-ə təsirinə daha həssasdılar.
Təsiredici maddə: 1 kapsulda 2 mq loperamid hidroxlorid vardır.
Köməkçi maddələr: laktoza monohidrat, qarğıdalı nişastası, maqnezium-stearat.
Kapsul:
Gövdə: titan 4-oksid ( E171 ), göy patentləşdirilmiş V boya maddəsi ( E131 ), al -qırmızı 4R boya maddəsi ( E124
), jelatin.
Qapaq: titan 4-oksid ( E171 ), xinolin sarısı boya maddəsi ( E104 ), göy patentləşdirilmiş V boyaq maddəsi
( E131 ), sarı dəmir oksidi boya maddəsi ( E172 ), jelatin.
Rəylər (0)