İstifadəsinə göstərişlər
Allergik konyuktivit; mövsümi və il boyu müşahidə olunan allergik rinit; kəskin övrə və Kvinke ödemi.
Həşəratların dişləməsi ilə əlaqədar meydana çıxan allergik reaksiyalar;
qaşınan allergik dermatozlar.
Əks göstərişlər
Cetirinizə qarşı fərdi yüksək həssaslıq, qaraciyər funksiyasının ağır pozğunluğu.
Kreatininin klirensi > 10 ml/dəqiqə olan böyrək çatışmazlığı olan pasiyentlər.
2 yaşdan aşağı uşaqlar.
İstifadə qaydası və dozası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 1 dəfə 10 mq ( 20 damcı ).
6-12 yaş uşaqlar: gündə 10 mq ( 20 damcı: 10 damcı səhər və 10 damcı axşam).
2-6 yaş uşaqlar: gündə 5 mq ( 10 damcı: 5 damcı səhər və 5 damcı axşam ).
Əlavə təsirləri
Bütün dərmanlar kimi, bu preparatın da əlavə təsirləri vardır, lakin bu əlavə təsirlər hər xəstədə meydana çıxmır.
Əgər sizdə aşağıda göstərilən əlavə təsirlərdən hər hansı biri əmələ gələrsə, preparatın qəbulunu ləğv edib, müalicə həkiminizə müraciət edin:
-üzdə və boğazda ödem törədən ağır allergik reaksiya;
-bütün orqanizm tərəfindən ağır reaksiya;
-intihar barədə fikirlər;
-yaddaşın itməsi , yaddaşın pozulması;
-sidik kisəsini boşaltmağa mümkün olmama;
-bayılma;
-qıcolma tutması.
Tez-tez baş verən əlavə təsirlər:
-yuxuya meyillilik
-başgicəllənmə, baş ağrısı
-zökəm, faringit
-ishal, ürəkbulanma, ağızda quruluq
-yorğunluq
Bəzən baş verən əlavə təsirlər
-oyanm-paresteziyalar
-qarında ağrı, ishal
-qaşınma, dəri səpgisi
-asteniya, halsızlıq hissi
Nadir hallarda baş verən əlavə təsirlər
-allergik reaksiyalar
-depressiya, hallyusinasiyalar, aqressivlik, şüurun qarışığı, yuxusuzluq
-qıcolma tutmaları
-taxikardiya
-qaraciyər funksiyasının pozulması
-övrə
-bədən kütləsinin artırılması
Çox nadir hallarda baş verən əlavə təsirlər:
-trombositopeniya
-ağır allergik reaksiyaları, üzdə və ya boğazda şişkinlik törədən bütün orqanizm tərəfindən ağır reaksiya qeyd edilmiş toksidermiya
-tik qəflətən, anormal, təkrarlıtitrəmə.
-bayılma
-dadbilmə hissinin pozulması
-qeyri-aydın görmə, akkomodasiyanın pozulması, sidiyin gecə saxlanmaması, ağrılı və ya çətin sidik ifrazı.
Tezliyi məlum deyil
-iştahın artması
-suisidal fikirlər
-yaddaşın itməsi, yaddaşın pozulması
-vertiqo
-sidiyin ləngiməsi
Əlavə təsirlər barədə məlumatın verilməsi
Hər hansı əlavə təsir meydana çıxarsa, həmçinin bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlər meydana çıxarsa, həkiminizə və ya əczaçınıza məlumat edin.
Verilmiş məlumatların köməyi ilə Siz bu preparatın təhlükəsizliyi barədə daha ətraflı məlumat əldə edilməsinə kömək etmiş olacaqsınız.
Doza həddinin aşılması
Bu halda mədə yuyulur. Simptomatik müalicə aparılır.
Rəylər (0)