İstifadəsinə göstərişlər:
Birincili hiperxolesterinemiya və ya qarışıq hiperxolesterinemiya zamanı pəhriz və digər qeyri-dərman müalicə üsulları kifayət etmadikdə pəhrizə əlavə olaraq;
Ailəvi homoziqot hiperxolesterinemiya zamanı pəhrizə və digər xolesterinsalıcı müalicəyə əlavə olaraq, yaxud bənzər müalicə xəstə üçün münasib olmadıqda;
Aterosklerozun proqressivləşməsinin qarşısını almaq məqsədilə.
Əks göstərişlər:
Əgər Lipsə və ya preparatın tərkibində olan maddələrdən hər hansı birinə qarşı əvvəllər sizdə allergiya baş vermişdirsə, hamiləsinizsə və ya uşaq əmizdirirsinizsə, bu zaman preparatı istifadə etməməlisiniz. Lipslə müalicə müddətində hamilə qalsanız, dərmanın qəbulunu dərhal dayandırın və həkiminizə müraciət edin.
Qaraciyər xəstəlikləri, ciddi böyrək problemləri, təkrarlanan və ya səbəbi məlum olmayan əzələ ağrılarınızın olduğu hallarda, siklosporin adlandırılan dərman qəbul edirsinizsə və ya bu hallardan hər hansı biri sizdə varsa və ya olduğuna şübhəniz varsa, preparatın istifadəs əks göstərişdir.
İstifadə qaydası və dozası:
Lipsi hər zaman həkiminizin tövsiyə etdiyi kimi qəbul edin. Əmin deyilsinizsə həkiminizdən və ya əczaçınızdan soruşun. Tableti bütöv şəkildə su ilə udun. Preparatı gündə bir dəfə qəbul edin. Preparatı günün hər hansı vaxtında qəbul edə bilərsiniz.
Rəylər (0)