Lizinopril peptildipeptidazanın inhibitorudur. Lizinopril angiotenzin l-in damardaraldıcı peptid olan angiotenzin II-yə çevrilməsinin katalizatoru olan angiotenzinçevirici fermenti (AÇF) inhibə edir angiotenzin II böyrək üstü vəzilərin qabıq maddəsində aldosteronun sekresiyasınıstimullaşdırır. AÇF-in inhibə olunması qan plazmasında angiotenzin II-nin konsentrasiyasını azaldır ki, bu da vazopressorların aktivliyinin və aldosteronun azalmasına gətirib çıxarır, həmçinin qan zərdabında kaliumun konsentrasiyasının artmasına gətirib çıxara bilər. Hipertenziya zamanı təsir mexanizmi renin angiotenzin aldosteron sisteminin inhibə edilməsinin köməyi ilə həyata keçdiyindən lizinopril hətta reninin səviyyəsi aşağı olan hipertenziv passiyentlərdə də hipotenziv təsir göstərir. AÇF bradikini parçalayan enzim kinaza II-yə identikdir. Lizinoprillə müalicənin gedişində bradikininin ifadə olunmuş damar genişləndirici təsirə malikdir yüksək səviyyəsinin rolu tam aydınlaşdırılmamışdır və tədqiq edilməsinə ehtiyac vardır.
Esensial hipertenziya
Ürək çatışmamazlığı
Kəskin miokart infarktı
Hemodinamikanın stabil göstəriciləri olan pasiyentlərin kəskin miokard infarktının 24 saatdan gec olmayaraq qısa müddətli(6 həftə müalicə)
Arterial hipertenziyalı II tip şəkərli diabet xəstələrində başlanğıc nefropatiyanın müalicəsi.
ƏKS GÖSTƏRİŞ:
Lizinoprilə, preparatın diğər komponentlərinə və ya AÇF-in digər inhibitorlarına qarşı yüksək həssaslıq
Anamnezdə AÇF inhibitorlarının istifadəsindən sonra angionevrotik ödemin olması
İdopatik və ya irsi angionevrrotik ödem
Böyrək arteriyasının iki tərəfli stenozu və ya yeganə böyrək arteriyasının stenozu
Mitral və ya aortal stenoz, ifadə olunmuş hemodinamik pozğunluqlarla hipertrofik kardiomiopatiya
Böyrək transplantasiyasından sonrakı vəziyyət
qeyri stabil hemodinamika ilə kəskin miokard infarktı
kardiogeen şok
Dializ zamanı yüksək keçiriciliyə malik poliakrilnitrilnatrium 2-metilalilsulfonat membranından ( məsələn, AN 69)istifadə
tərkibində aliskren olan preparatlarda istifadə,
Hamilə və ya hamiləliyi planlaşdıran qadınlar( hamiləlik və ya döşlə qidalandırma dövründə istifadəsi)
SAXLANMA ŞƏRAİTİ: 25 C-dən yüksək olmayan temperaturda, orjinalqablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
İSTEHSALÇI ÖLKƏ: Ukrayna
1 tabletin tərkibində 5,0mq, 10 mq və ya 20 mqlizinopril vardır( 100% susuz lizinoprilə nəzərən) ki, buda müvafiq olaraq 5,44 mq; 10,89 mq və 21, 78 mq lizinopril dihidrata müvafiq gəlir.
Rəylər (0)