İstifadəsinə göstərişlər:
Lioton 1000 gel preparatı istifadə olunur:
- səthi venaların xəstəliklərinin simptomatik müalicəsi;
- operativ müdaxilə nəticəsində zədələnmiş damar divarının iltihabının müalicəsi;
- venalar üzərində aparılan cərrahi əməliyyatlardan sonra meydana çıxan vəziyyətlərin şiddətini azaltmaq üçün.
Əks göstərişlər:
Heparinin natrium duzuna və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı allergiya olduqda preparatı istifadə etmək olmaz.
İstifadə qaydası və dozası:
Geli zədələnmiş nahiyənin üzərinə sutkada bir dəfədən üç dəfəyə qədər çəkmək və masaj hərəkətləri ilə sürtmək lazımdır. Tubikdən 3-10 santimetr gel zolağı sıxmaq tövsiyə olunur.
Doza həddinin aşılması:
Məlumat yoxdur.
Əlavə təsirləri:
Hər hansı əlavə təsir meydana çıxdıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Rəylər (0)