İstifadəsinə göstərişlər:
-Böyüklərdə, uşaqlarda və yenidoğulmuşlarda mədə-bağırsaq traktının virus və bakterial infeksiyaları, (məsələn, rotavirus infeksiyası, səyahətçi diareyası);
-Geniş spektrli antibiotiklərlə və kimyaterapevtik dərman vasitələri ilə müalicə;
-Qarın boşluğunun və kiçik çanaq orqanlarının şüa müalicəsi.
Əks göstərişlər:
Preparatın aktiv substansiyasına və ya digər komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Yenidoğulmuşlar və 2 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1 kapsul.
2 yaşdan 12 yaşa qədər uşaqlar: gündə 3 dəfə 1-2 kapsul.
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: gündə 3 dəfə 2 kapsul.
6 yaşa qədər uşaqlarda diareyanı müalicə edərkən əvvəlcə həkimlə məsləhtləşmək lazımdır.
Süd turşusu bakteriyalarına qarşı turş mədə şirəsinin zərərli təsirinin qarşısını almaq üçün Lineks preparatını yeməkdən sonra bir qədər maye ilə birlikdə qəbul etmək lazımdır.İsti içkilərlə və ya alkoqol ilə birgə istifadə etmək olmaz.Lineks simptomlar ləğv edilənə qədər istifadə edilir.
Əlavə təsirləri:
Süd turşusu bakteriyalarını istifadə etdikdə arzuolunmaz effektlər çox nadir hallarda qeyd olunur (10000 müalicə olunmuş xəstələrdə 1 dəfədən az olaraq rast gəlir).Allergik reaksiyalar mümkündü.Allergik reaksiyalar və ya qeyd olunmayan əlavə təsirlər əmələ gəldikdə Lineks preparatının qəbulunu ləğv edib dərhal həkimə müraciət etmək lazımdır.
Doza həddinin aşılması:
Lineks preparatı ilə doza həddinin aşılması halları qeyd olunmayıb.
Rəylər (0)