İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
Lineks Beybi südəmər yaşda olan uşaqlardan 12 yaşa qədər uşaqlarda istifadə oluna bilər :
- Bağırsaq mikroflorasının balansını və funksiyasını yaratmaq və saxlamaq üçün ;
- Əgər diareya, meteorizm və həzmin digər pozğunluqları aşağıdakısəbəblərə görə yaranmışdırsa , onların profilaktikası və dəstəkləyici müalicəsi üçün: virus və bakterial mədə-bağırsaq infeksiyaları ilə, infeksiyaların müalicəsi üçün preparatların istifadəsi ilə.
ƏKS GPSTƏRİŞLƏR:
Preparatın təsiredici və ya köməkşi maddəsinə qarşı yüksək həssaslıq.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Südəmər uşaqlar və 2 yaşa qədər uşaqlar: gündə bir dəfə yemək zamanı bir saşe.
2 yaşdan 12 yaşa qədər uşaqlar: gündə bir və ya iki dəfə yemək zamanı bir saşe.
Lineks Beybi preparatını simptomlar saxlana qədər qəbul etmək olar. Saşenin möhtəviyyatını su ilə, şirə ilə, südlə və ya uşaq qidası ilə qarışdırın.
Yalnız daxilə qəbul edilir.
İsti içkilərlə qarışdırmaq olmaz!
ƏLAVƏ TƏSİRLƏRİ:
Lineks Beybi preparatının qəbulu zamanı çox nadir halda yüksək həssaslıq baş verə bilər.
DOZA HƏDDİNİN AŞILMAS:
Doza həddini aşılması barədə məlumat verilməmişdir.
Rəylər (0)