İstifadəsinə göstərişlər:
- Streptococcus pneumoniae, Moraxella catarrhalis, Haemophilus influenzae ilə törədilmiş kəskin sinusit, orta qulağın otiti;
- Bakterial infeksiya ilə bağlı xroniki bronxitin şiddətlənməsi;
- Xəstəxanadankənar pnevmonia;
- Dəri və yumşaq toxumaların ağırlaşmamış infeksiyaları, fleqmona, furunkul, impetiqo, piodermiya, yara infeksiyası daxil olunmaqla;
- Escherichia coli, Klebsiella pneumoniae, Staphylococcussaprophyticus ilə törədilmiş sidikçıxarıcı yollarının ağırlaşmamış infeksiyaları
- Escherichia coli ilə törədilmiş kəskin piyelonefrit.
Əks göstərişlər:
Levofloksasinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq; epilepsiya; anamnezdə xinolonların qəbulu ilə bağlı vətərlərin zədələnməsi; böyrək çatışmazlığı, qlükozo-6-fosfatdehidrogenazanın defisiti, hemodializin keçirilməsi, hamiləlik, laktasiya dövrü, 18 yaşa qədər uşaqlar və yeniyetmələr.
İstifadə qaydası və dozası:
Levofloksasin daxilə təyin edilir, doza infeksiyanın xarakteri və ağırlığını, həmçinin ehtimalı törədicinin həssaslığını nəzərə alaraq müəyyən edilir. Kapsullar çeynəmədən kifayət miqdarda maye ilə yeməkdən əvvəl və ya qidanın qəbulu arasında hər bir vaxtda udulmalıdır. Böyüklər üçün levofloksasinin adi dozası hər 24 saatdan bir 250-500 mq təşkil edir. Müalicənin davametmə müddəti xəstəliyin gedişindən asılı olub, 14 gündən artıq olmamalıdır.
Sinusit - 2 kapsul gündə 1 dəfə, 10-14 güen ərzində
Xroniki bronxitin şiddətlənməsi - 1 və ya 2 kapsul gündə 1 dəfə, 7-10 gün ərzində
Xəstəxanadan kənar baş verən pnevmonia - 2 kapsul gündə 1-2 dəfə, 7-14 gün ərzində
Sidikçıxarıcı yollarının ağırlaşmamış infeksiyaları - 1 kapsul gündə 1 dəfə, 3 gün ərzində
Prostatit - 2 kapsul gündə 1 dəfə, 28 gün ərzində
Dəri və yumşaq toxumalarının infeksiyaları - 1 və ya 2 kapsul gündə 1-2 dəfə, 7-14 gün ərzində.
Preparatdan müalicəni vaxtından tez və ya həkimin məsləhəti olmadan ləğv etmək olmaz.
Rəylər (0)