İstifadəsinə göstərişlər:
- Lor orqanların infeksiyası: kəskin sinusit;
- aşağı tənəffüs yollarının infeksiyası: xroniki bronxitin kəskinləşməsi, xəstəxanadan-kənar pnevmoniya;
- pielonefrit daxil olmaqla, böyrəklərin və sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları;
- sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları;
- xroniki prostatit;
- dərinin və yumşaq toxumanın infeksiyası;
- yuxarıda qeyd edilən göstərişlərlə əlaqədar septisemiya/bakteriemiya.
Əks göstərişlər:
- Preparatın komponentlərinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq;
- epilepsiya;
- anamnezdə xinolonların istifadəsi ilə bağlı vətərlərin zədələnməsi;
- hamiləlik və laktasiya dövrü;
- uşaqlar və 18 yaşa qədər yeniyetmələr;
Qlükoza-6-fosfatdehidrogenazanın çatışmazlığı zamanı böyrək funksiyalarının yanaşı güdən zəifləməsinin yüksək ehtimalı olması ilə əlaqədar preparatı yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.
İstifadə qaydası və dozası:
Levoksimed qida qəbulundan asılı olmayaraq, sutkada 1-2 dəfə daxilə, çeynəmədən və kifayət qədər maye ilə qəbul edilir.
Dozalar infeksiyanın ağırlığı və xarakterilə, eləcə də ehtimal edilən törədicinin həssaslığı ilə müəyyən edilir.
Kəskin sinusit: sutkada 1 dəfə 500 mq, müalicə kursu 10-14 gündür;
Xroniki bronxitin kəskinləşməsi: sutkada 1 dəfə 500 mq, müalicə kursu 7 gündür;
Xəstəxanadankənar pnevmoniya: sutkada 1 dəfə 500 mq, müalicə kursu 7-14 gündür;
Sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları və kəskin pielonefrit: sutkada 1 dəfə 250 mq , müalicə kursu 10 gündür;
Sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları: sutkada 1 dəfə 250 mq, mülaicə müddəti 3 gündür;
Xroniki prostatit: sutkada 1 dəfə 500 mq, müalicə kursu 28 gündür;
Dəri və yumşaq toxumaların ağırlaşmayan infeksiyaları: sutkada 1 dəfə 500 mq, müalicə kursu 7-10 gündür.
Rəylər (0)