İstifadəsinə göstərişlər:
Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda allergik rinitin və xroniki idiopatik övrənin simptomatik müalicəsi.
Əks göstərişlər:
- Təsiredici maddəyə, setirizinə, hidroksizinə, piperazin törəmələrinə və ya preparatın köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq;
- kreatinin klirensi 10 ml/dəq-dən az olduqda böyrək funksiyasının ağır pozulmaları.
İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaş və 12 yaşdan yuxarı yeniyetmələr
Tövsiyə olunan gündəlik doza 5 mq (20 damcı) təşkil edir.
6-12 yaş arası uşaqlar
Tövsiyə olunan gündəlik doza 5 mq (20 damcı) təşkil edir.
2-6 yaş arası usaqlar
Tövsiyə olunan gündəlik doza 2,5 mq təşkil edir. 1,25 mq doza iki qəbul üçün bölünməlirdir. 6 aydan 12 yaşa qədər olan uşaqlarda levosetirizin istifadəsi ilə bağlı klinik məlumatlar körpələrdə və 2 yaşa qədər uşaqlarda dərmanın istifadəsini əsaslandırmaq üçün kifayət deyil.
Rəylər (0)