İstifadəsinə göstərişlər:
Preparata həssas mikroorqanizmlərin törətdiyi infeksion-iltihab xəstəliklər:
- kəskin bakterial sinusut;
- aşağı tənəffüs yollarının infeksiyası: xroniki bronxitin kəskinləşməsi, xəstəxanadan kənar pnevmoniya;
- pielonefrit daxil olmaqla, böyrəklərin və sidikçıxarıcı yolların ağırlamış infeksiyaları;
- sidikçıxarıcı yolların ağırlaşmamış infeksiyaları;
- xroniki bakterial prostatit;
- dərinin və yumşaq toxumanın infeksiyası;
Əks göstərişləri:
- preparatın komponentlərinə və ya digər xinolonlara qarşı yüksək həssaslıq;
- epilepsiya;
- anamnezdə xinolonların istifadəsi ilə bağlı vətərlərin zədələnməsi;
- hamiləlik və laktasiya dövrü;
- uşaqlar və 18 yaşa qədər yeniyetmələr.
Qlükoza-6-fosfatdehidrogenazanın çatışmazlığı zamanı böyrək funksiyaların yanaşı gedən zəifləməsinin yüksək ehtimalı olması ilə əlaqədər preparatı yaşlı funksiyalarının yanaşı gedən zəifləməsinin yüksək ehtimalı olması ilə əlaqədar preparatı yaşlı pasiyentlərdə ehtiyatla istifadə etmək lazımdır.
İstifadə qaydası və dozası:
Levoksimed qida qəbulundan asılı olmayaraq, sutkada 1-2 dəfə daxilə, çeynəmədən və kifayət qədər maye ilə qəbul edilir.
Böyrək funksiyaları normal olan və ya orta dərəcədə zəifləmiş pasiyentlərə müalicə üçün aşağıdakı dozalanma rejimi məsləhət görülür.
kəskin sinusit: sutkada 1 dəfə 500 mq, müalicə kursu 10-14 gündür;
xroniki bronxitin kəskinləşməsi: sutkada 1 dəfə 500mq, müalicə kursu 7 gündü;
xəstəxanadankənar pnevmoniya: sutkada 1 dəfə 500 mq, müalicə kursu 7-14 gündü;
sidikçıxarıcı yolların ağırlaşmış infeksiyaları və kəskin pielonefrit: sutkada 1 dəfə 500 mq, müalicə kursu 10 gündü;
sidikçıxarıcıyolların ağırlaşmayan infeksiyalar: sutkada 1 dəfə 250 mq, müalicə kursu 3 gündü;
xroniki prostatit: sutkada 1 dəfə 500 mq, müalicə kursu 28 gündü;
dəri və yumşaq toxumaların ağırlaşmayan infeksiyaları: 1 dəfə 500 mq, müalicə kursu 7-10 gündür.
Rəylər (0)