Göstərişlər:
Xəstəxanadankənar pnevmoniya
Dəri və yumşaq toxumaların infeksiyaları
Pielonefrit, sidik yollarının ağırlaşmış infeksiyaları
Xroniki bakterial prostatit.
Əks göstərişlər:
Levofloksasinə və ya digər xinolonlara qarşı həssaslığın yüksəlməsi, epilepsiya, xinolonların istifadəsindən sonra vətərlərdə yanaşı reaksiyalar, uşaq yaşları, hamiləlik dövrü və döşlə qidalandırma.
İstifadə qaydası və dozası:
Preparatdan istifadə etməzdən əvvəl həssaslıq sınağı aparmaq lazımdır.
Venadaxili yeritmək üçün nəzərdə tutulan preparat rezin tıxac deşildikdən sonrakı 3 saat ərzində istifadə olunmalıdır. İnfuziya zamanı işıqdan qorumaq lazım deyil. Otaq işıqlanması şəraitində venadaxili yeritmək üçün məhlulu işıqdan qorumasız şəraitdə 3 gündən artıq saxlamaq olmaz. Preparat yavaş-yavaş gündə 1 və ya 2 dəfə yeridilir. Dozalanma infeksiyanın növü və ağırlıq dərəcəsindən, eləcə də mümkün törədicinin preparata həssaslığından asılıdır.
Xəstənin vəziyyətinə uyğun olaraq bir neçə gündən sonra ilkin venadaxili infuziyalardan eyni dozada peroral qəbula keçmək mümkündür.
Rəylər (0)