Göstərişlər:
Allergik xəstəliklərin simptomatik müalicəsi –
İlboyu davam edən və mövsümi allergik rinit və allergik konyunktivit
Pollinoz ( ot qızdırması)
Övrə
Kvinke ödemi
Digər allergik dermatozlar, qaşınma və səpgilər.
Əks göstərişlər:
Preparatın təsiredici maddəsinə və köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Böyrək çatışmazlığının terminal mərhələsi.
İstifadə qaydası və dozası:
6-12 yaşlı uşaqlarda – tövsiyə olunan gündəlik doza 5 mq təşkil edir
12 yaşdan böyük uşaqlar və böyüklərdə - tövsiyə olunan gündəlik doza 5 mq təşkil edir.
Yaşlı xəstələrdə - normal böyrək funksiyası zamanı dozanın korreksiyasına ehtiyac yoxdur.
Böyrək çatışmazlığı olan xəstələrdə - kreatinin klirensindən asılı olaraq dərman preparatının qəbulu arasında fasilə fərdi olaraq tövsiyə olunur.
Rəylər (0)