İstifadəsinə göstərişlər:
Aşağıdakı hallarda simptomatik terapiya kimi:
- artritlər, spondillit;
- alqodismenoreya;
- kəskin ağrıla.
Əks göstərişlər:
- selekoksibə və ya preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq;
- sulfonamidlərə qarşı məlum olan yüksək həssaslıq;
- bronxial astma, övrə və ya asetilsalisil turşusu və ya digər QSİƏP, o cümlədən digər SOG-2 inhibitorların qəbulundan sonra allergik reaksiyalar;
- aortokoronar şuntlama əməliyyatdan sonrakı vəziyyət;
- kəskinləşmə mərhələsində olan peptik xora və ya mədə-bağırsaq qanaxması;
- bağırsağın iltihabi xəstəlikləri;
- ürək çatışmazlığı;
- kliniki təsdiq olunmuş ürəyin işemik xəstəliyi, periferik arteriyaların xəstəlikləri və ifadəolunmuş mərhələdə olan serebrovaskulyar xəstəliklər;
- ağır qaraciyər və böyrək çatışmazlığı.
İstifadə qaydası və dozası:
Lekoksa preparaı peroral, qida qəbulundan asılı olmayaraq qəbul edilir.
Osteoartrit zamanı istifadəsi
Tövsiyə edilən gündəlik doza 200 mq təşkil edir. Həm 200 mq gündə 1 dəfə, həm də 200 mq gündə 2 dəfə qəbulu mümkündür. Lazım olduqda preparatın dozasını gündə 400 mq-a qədər yüksəltmək olar. Əlavə təsirlərin yaranması riski yüksəlmədən.
Revmatoid artrit zamanı istifadəsi
Tövsiyə edilən gündəlik doza gündə 200 mq təşkil edir, 2 qəbula bölünür. Lazım gələrsə, dozanı gündə 400 mq - a qədər artırmaq olar. Əlavə təsirlərin yaranması riski yüksəlmədən.
Doza həddinin aşılması:
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Əlavə təsirləri:
Tez-tez
Ümumi: allergik xəstəliklərin kəskinləşməsi, qripəbənzər sindrom, təsadüfi travmalar.
Ürək-damar sisteminə: periferik ödemlər.
Mədə-bağırsaq traktına: abdominal ağrı, diareya, dispepsiya, meteorizm, dişlərin xəstəliyi.
Sinir-sisteminə: başgicəllənmə, əzələ tonusunun artması, yuxusuzluq.
Rəylər (0)