İstifadəsinə göstərişlər:
Yuxarı tənəffüs yolları infeksiyaları.
Aşağı tənəffüs yolları infeksiyaları.
Böyrək və sidikçıxarıcı yolların infeksiyaları.
Dəri və yumşaq toxuma infeksiyaları.
Diş və diş əti infeksiyaları.
Əks göstərişlər:
Anamnezdə amoksassillin, klavulan turşusu, digər beta-laktamlar, pensillin və ya dərman tərkibindəki hər hansı inqrediyentə qarşı şiddətli allergik reaksiya müşahidə olunduğu halda,
Antibiotikdən qaynaqlanan yoğun bağırsaq iltihabı müşahidə olunduğu halda, LAVUNAT BİD müalicəsi dərhal dayandırılmalı, pasient həkim tərəfindən müayinə olunmalı və müvafiq müalicəyə başlanmalıdır. Bu vəziyyətdə pasientə antiperistaltik dərmanlar və LAVUNAT BİD qəbulu qəti qadağandır.
İstifadə qaydası və dozası:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar;
Yüngül və orta dərəcəli infeksiyalar zamanı: gündə 2 dəfə 625 mq
Ağır infeksiyalar zamanı: gündə 2 dəfə 1000 mq.
Diş ineksiyaları zamanı
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: 5 gün ərzində gündə 2 dəfə 625 mq olmaqla;
Müalicə müddəti 14 gündən çox olmamalıdır.
Qəbul qaydası
Tabletlər çeynəmədən bütöv şəəkildə udulmalıdır. Lazım gələrsə, udma asanlığı üçün tabletlər ikiyə bölünə bilər.
Potensial mədə -bağırsaq problemlərini minimuma endirmək üçün qida qəbulundan öncə qəbul edilməlidir.
Rəylər (0)