İstifadəsinə göstərişlər:
LAVANET PLYUS yüksək arterial təzyiqi aşağı salmaq üçün istifadə olunur. Yüksək qan təzyiqi ürəyə və arteriyaya düşən yükü artırır. Əgər o, müalicə olunmazsa, baş beyin, ürək və böyrək qan damarlarını zədələyə və insulta gətirib çıxara bilər. Yüksək qan təzyiqi ürək tutmalarının riskini yüksəldir.
Əks göstərişlər:
Valsartana, hidroxlorotiazidə və ya LAVANET PLYUS-un tərkibindəki sadalanan digər komponentlərə qarşı həssaslıq.
Qaraciyər xəstəliyi, qaraciyərdə xırda öd axacaqlarının ödün qaraciyərdə toplanmasına gətirib çıxaran dağılması.
Hamiləlik.
Anuriya xəstəliyi.
Böyrək çatışmazlığı və diabet (II tip diabet).
İstifadə qaydası və dozası: Gündə 1 dəfə 1 tablet qəbul edilir. Həkim məsləhəti olmadan dozalanmanı dəyişmək olmaz.
Rəylər (0)