İstifadəyə dair göstəriş
-açıq bucaqlı qlaukoması və yüksək oftalmotonusu olan pasiyentlərdə yüksək gözdaxili təzyiq, eləcə də gözdaxili təzyiqi azaldan digər vasitələrə qarşı tolerantlıq və ya onların kifayət qədər effektiv olmamağı zamanı.
Əks göstərişlər
-preparatın komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
preparatı zədələnmiş gözün konyuktival kisəciyinə gündə 1 dəfə 1 damcı axşam vaxtı damcıladırlar.
Gündəlik dozanı damcılatmağı unutduqda preparatın növbəti tətbiqini adi rejimdə həyata keçirirlər.
Digər yerli oftalmoloji vasitələrdən eyni vaxtda istifadə zamanı damcılatmalar arasındakı intervalı 10 dəqiqədən az olmamalıdır.
Əlavə təsirlər
Yerli reaksiyalar: gözlərin qıcıqlanması eləcə də, kirpiklərin rənginin tündləşməsi, qalınlaşması və uzanması. Xəstələrin 1-10%-də konyuktival hiperemiya, tranzitor nöqtəli epitelial eroziyalar, blefaritlər, qüzehli qişanın piqmentasiyasının artması, gözlərin ağrılı olması; Digər: göz qapaqlarının qaralması; buynuz qişanın şişi və eroziyaları; iritlər, uveitlər; makulyar şiş, o cümlədən kistoz şiş.
Rəylər (0)