İstifadəsinə göstərişlər:
- Mədə və onikibarmaq bağırsaq xorasının müalicəsi
- Reflüks-ezofaqitin müalicəsi və profilaktikası
- QSİƏP ilə uzunmüddətli müalicənin tələb olunduğu xəstələrdə qeyri-steroid iltihabəleyhinə preparatlarının qəbulu nəticəsində yaranan mədə və onikibarmaq bağırsaq xorasının müalicəsi və profilaktikası
- Klinik təzahürlərlə qastro-ezofaqeal reflüks
- Zollinger-Ellison sindromu.
Əks göstərişlər:
- Lansoprazola və ya preparatın digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq
- Hamiləlik və laktasiya dövrü
- 18 yaşadək uşaq və yeniyetmələr.
İstifadə qaydası və dozası:
Optimal effektin əldə olunması üçün 30 mq Lansoptol kapsulları səhərlər gündə bir dəfə qəbul edilməlidir.
Lansoptolu qida qəbulundan ən azı 30 dəqiqə əvvəl qəbul etmək lazımdır. Kapsulları çeynəmədən, maye ilə bütöv şəkildə udmaq lazımdır.
Onikibarmaq bağırsaq xorasının müalicəsi.
Tövsiyə olunan doza 2 həftə ərzində gündə 1 dəfə 30 mq təşkil edir. Bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə növbəti 2 həftə ərzində doza ilə davam etdirilə bilər.
Mədə xorasının müalicəsi.
Tövsiyə olunan doza 4 həftə ərzində gündə 1 dəfə 30 mq təşkil edir. Xora, adətən, 4 həftə ərzində sağalır, lakin bu dövr ərzində tam sağalmayan xəstələr üçün müalicə növbəti 4 həftə ərzində həmin doza ilə davam etdirilə bilər.
Rəylər (0)