İSTİFADƏ QAYDASI :
Preparat gündə 1 dəfə səhər qəbul edilməlidir. Lansobilan yeməkdən 30 dəq. əvvəl bütöv şəkildə maye ilə qəbul edilməlidir. Onikibarmaq bağırsağın xora xəstəliyinin müalicəsi: iki həftə müddətində gündə 1 dəfə 30 mq. Bu müddət ərzində sağalma müşahidə olunmasa müalicə daha iki həftə uzadıla bilər. Mədənin xora xəstəliyinin müalicəsi: 4 həftə müddətində gündə 1 dəfə 30 mq.Bu müddət ərzində sağalma müşahidə olunmasa müalicə daha dörd həftə uzadıla bilər. Qastroezofageal refluks xəstəliyi profilaktikası: gündə 1 dəfə 15 mq. Tələb olunduqda dəza 30 mq-dək artırıla bilər.
ƏLAVƏ TƏSİRLƏRİ :
- anemiya;
- hepotit, sarılıq;
- görmə pozğunluqları;
- depressiya, yuxusuzluq;
- baş ağrısı, baş gicəllənmə;
- pankreatit, qusma, qəbizlik, köp, stomatit, kolit.
DOZA HƏDDİNİN AŞILMASI :
Spesifik antidotu yoxdur. Hemodializ zamanı lansoprazol ümumi qan dövranından xaric olmur.
Rəylər (0)