İstifadəsinə göstərişlər:
- Turşu ifrazının qarşısını alaraq, mədə və onikibarmaq bağırsağın xora xəstəliyinin qısa- müddətli müalicəsi;
- Qida borusunun mədə şirəsi ilə təmasından əmələ gələn reflüks xəstəliyinin qısamüddətli müalicəsində həmçinin qida borusunun iltihabi xəstəliyinin müalicəsi;
- Zollinger-Ellison sindromu kimi patoloji hipersekresiyanın uzunmüddətli müalicəsi
- Mədədə və onikibarmaq bağırsağda xora xəstəliyinin əmələ gəlməsinə səbəb olan Helicobacter pylori infeksiyaları nəticəsində əmələ gələn xora xəstəliyinin müalicəsi.
Əks göstərişlər:
LANSİL-in tərkibinə daxil olan təsiredici maddəyə və ya digər komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Gün ərzində bir dəfə acqarnına qəbul edilməlidir.
Kapsulları su ilə yeməkdən 30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
Kapsulu açmaq və ya çeynəmək olmaz.
Kapsulu udmaqda çətinlik çəkən xəstələr Lansili aşağıdakı qaydalara uyğun qəbul edə bilərlər:
- Kapsul açılır, mikropelletlər kiçik miqdarda su, alma/pomidor şirəsi ilə və ya qatıq, alma püresi kimi yumşaq qidalar ilə qəbul edilir.
- Kapsul açılır, mikropelletlər 40 ml alma şirəsi ilə qəbul edilir.
Məhlul hazırlandıqdan dərhal sonra qəbul edilməlidir, gözləmək və qəbul zamanı mikropelletləri çeynəmək olmaz.
Rəylər (0)