İstifadəsinə göstərişlər:
Epilepsiya
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar; parsial və yayılmış epilepsiya tutmalarının, o cümlədən tonik-klonik tutmaların. eləcədə Lennoks Qasto sindromu ilə əlaqədar tutmaların monoterapiyası və əlavə terapiyası.
2-12 yaşlı uşaqlar: epilepsiyanın, xüsusən də parsial və yayılmış epilepsiya tutmalarının, o cümlədən tonik-klonik tutmaların. eləcə də Lennoks-Qasto sindromu ilə əlaqədar tutmaların əlavə terapiyası. Tutmalar nəzarətə götürüldükdən sonra köməkçi preparatların qəbulunu dayandırmaq və Lamotrin Asino preparatı ilə monoterapiyanı davam etdirmək olar.
Səciyyəvi kiçik epilepsiya tutmalarının monoterapiyası
Böyüklərdə bipolyar pozulmalar
Bipolyar pozulmalar olan xəstələrdə emosional pozulma fazalarının qarşısının alınması üçün əsasən depressiv epizodların yaranmasına imkan verməmək
Əks göstərişlər:
Lamotricinə və ya preparatın digər komponentlərinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Lamotrin Asino preparatı, tabletləri (çeynəmədən udmalı).
Lamotrin Asino preparatının uşaqlar üçün dozasını müəyyən etmək mümkün deyilsə, o zaman onu başqa dərman formasında və müvafiq dozada qəbul etmək lazımdır.
Epilepsiya monoterapiya zamanı:
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
2 həftə ərzində lamotrin asino-nın başlanğıc dozası sutkada 1 dəfə olmaqla, 25 mq təşkil edir. sonra 2 həftə ərzində sutkada 50 mq qəbul etmək lazımdır. Daha sonra optimal effekt əldə edilənə qədər hər 1-2 həftədən bir doza 50-100 mq artırılır. Adi dəstəkləyici doza 1-2 dəfə qəbul edilməklə, sutkada 100-200 mq təşkil edir. Bəzi pasiyentlər üçün sutkada 500 mq doza tələb edilə bilər.
2-12 yaşlı uşaqlar
Tipik absansların müalicəsi üçün Lamotrin Asino-nın başlanğıc dozası 2 həftə ərzində sutkada 1-2 dəfə qəbul edilməklə, 0.3 mq/kq/bədən kütləsi təşkil edir, sonra 2 həftə ərzində sutkada 1-2 dəfə qəbul edilməklə, 0.6 mq/kq/bədən kütləsi həcmində doza tətbiq edilir. Daha sonra optimal effekt əldə edilənə qədər hər 1-2 həftədən bir doza 0.6 mq/kq artırılır. Adi dəstəkləyici doza 1-2 dəfə qəbul edilməklə, sutkada 1-10 mq/kq təşkil edir. Tipik absanslar olan bəzi pasiyentlər üçün daha çox doza tələb edilə bilər. Səpgi riski olduğundan, başlanğıc dozanı və daha dozanın çoxaldılma tempini artırmaq lazım deyil
Kombinə edilmiş terapiya
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar
Valporat qəbul edən pasiyentlər üçün, Lamotrin Asino-nın başlanğıc dozası 2 həftə ərzində bir gündən bir qəbul edilməklə, 25 mq təşkil edir, sonra 2 həftə ərzində sutkada 25 mq qəbul etmək lazımdır. Daha sonra optimal effekt əldə edilənə qədər hər 1-2 həftədən bir doza artırılır. Adi dəstəkləyici doza 1-2 dəfə qəbul edilməklə, sutkada 100-200 mq təşkil edir.
2-12 yaşlı uşaqlar
Digər epilepsiyaəleyhinə preparatlarla birlikdə və ya onlarsız natrium valproat qəbul edən uşaqlar üçün Lamotrin Asino-nın başlanğıc dozası 2 həftə ərzində sutkada 1 dəfə qəbul edilməklə, 0.3 mq/kq/bədən kütləsi həcmində doza tətbiq edilir
Rəylər (0)