İstifadəsinə göstərişlər:
Qəbizlik zamanı qısa müddətli istifadə üçün.
Əks göstərişlər:
Laksoft-in aşağıdakı hallarda istifadəsi qadağandır:
-İlus;
-Bağırsaq keçməzliyi;
-Kəskin abdominal vəziyyətlər;
-Bağırsaqların kəskin iltihabi xəstəlikləri;
-Potensial olaraq qusma və ya ürəkbulanma ilə əlaqəli olan qarın boşluğu orqanlarının ağır dərəcəli ağrılı və ya qızdırmalı xəstəlikləri;
-Ağır dərəcəli susuzlaşma;
-4 yaşdan aşağı uşaqlar;
-Təsiredici maddəyə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası:
Həkim tərəfindən başqa təyinat verilməzsə:
Böyüklər və 10 yaşdan yuxarı uşaqlar: 2-4 kapsul
4-10 yaşlı uşaqlar: 1-2 kapsul
4 yaşdan kiçik uşaqlarda istifadə olunmur.
Rəylər (0)