İstifadəsinə göstərişlər:
Birincili və ikincili karnitin çatışmazlığı.
Əks göstərişləri:
Preparatın təsiredici maddəsinə və ya köməkçi maddələrdən hər hansı birinə qarşı hiperhəssaslıq.
İstifadə qaydası və dozası:
Genetik xəstəliklər fonunda birincili və ikincili karnitin çatışmazlığı;
Gündəlik peroral doza yaşdan və bədən kütəsindən asılıdır: Körpələr və 12 yaşa qədər uşaqlar; 50-100 mq/kq/gün. Preparatın qəbulu 50 mq/kq/gün dozadan başlamalıdır. Maksimal doza 3q/gün təşkil edir. Böyüklərdə - 2-4 q xəstəliyin ağırlığından asılı olaraq və həkimin təyinatı nəzərə alınmaqla.
Hemodializ fonunda ikincili karnitin çatışmazlığı;
Gündəlik peroral doza 1 q təskil edir. Dializ günü preparat seansdan sonra qəbul edilməlidir.
L-viava daxilə qəbul edilən məhlulyalnız durulaşdırıldıqdan sonra sutkada 2-4 dəfə olmaqla, bərabər ara fasiləsilə qəbul edilir. Birdəfəlik doza üçün məhlulun miqdarını bir stəkan suda həll etmək lazımdır.
Xususi qrup pasiyentlər;
Böyrək çatışmazlığı olan pasiyentlər
Böyrəklərin funksiyasının ağır pozğunluğu olan pasiyentlərpotensial toksiki metabolitlər TMA və TMAO potensial toplanması riski ilə əlaqədər levokarnitinin yüksək dozaları ilə uzunmüddətli peroral müalicə qəbul edilməməlidir.
Yaşlı pasiyentlər;
Yaşlı pasiyentlərdə L-Viava preparatının dozasının dəyişdirilməsi xüsusi ehtiyat tədbirləri tələb olunmur. Klinik tədqiqatlarda müşahidə olunan təhlükəsizlik profili yaşlılarda və cavan insanlarda eynidir.
Diabetli pasiyentlər:
Qlükozanın utilizasiyasını yaxşılaşdıran insulin və ya peroral hipoqlikemik vasitələr qəbul edən diabetli pasiyentlərdə levokarnitinin istifadəsi hipoqlikemiyaya gətirib çıxara bilər. Bu səbəbdən, belə pasiyentlərdə hipoqlikemik terapiyanın vaxtında korreksiya edilməsi üçün qlikemiya səviyyəsini muntəzəm yoxlamaq lazımdır.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply