İstifadəsinə göstərişlər:
L-Tiroksin 25 Berlin-Hemi preparatı aşağıdakı hallarda istifadə edilir:
- qalxanabənzər vəzinin funksiyasının azalmış olduğu bütün xəstəlik formalarında ifraz olunmayan hormonun əvəz edilməsi üçün;
- qalxanabənzər vəzinin funksiyası normal olduqda, urun çıxarılması üzrə cərrahi əməliyyatdan sonra urun residivinin profilaktikası üçün;
- qalxanabənzər vəzinin funksiyası normal olduqda, xoşxassəli urun müalicəsi üçün;
İstifadə qaydası və dozası:
Bu dərman preparatını hər zaman həkiminizin Sizə izah etdiyi qaydada dəqiqliklə qəbul edin. Əgər Sizdə şübhələr vardırsa, həkiminiz və ya aczaçı ilə məsləhətləşin.
Fərdi gündəlik doza müayinələrin nəticələrinə əsasən, həkiminiz tərəfindən müəyyənləşdirilməlidir.
- Qalxanabənzər vəzinin funksiyasının azalması zamanı böyüklər əvvəlcə gündə 25-50 mkq levotiroksin natrium qəbul etməlidirlər. Həkimin göstərişi ilə bu doza 2-4 həftəlik aralıqlarla 100-200 mkq levotiroksin natriuma bərabər olan gündəlik doza əldə edilənədək 25-50 mkq levotiroksin natrium qədər artırıla bilər.
- Urun cərrahi yolla çıxarılmasından sonra urun residivinin profilaktikası və xoşxassəli urun müalicəsi üçün gündə 75-200 mkq levotiroksin natrium qəbul edilməlidir.
- Qalxanabənzər vəzinin bədxassəli şişi ilə bağlı qalxanabənzər vəzidə aparılmış cərrahi əməliyyatdan sonra gündə 150-300 mkq levotiroksin natrium qəbul edilməlidir.
Əks göstərişlər:
L-Tiroksin 25 Berlin-Hemi preparatı aşağıdakı hallarda qəbul etməyin:
- Əgər Sizdə levotiroksin natriuma və ya bu dərman preparatının tərkibindəki maddələrdən hər hansı birinə qarşı allergiya vardırsa.
- Ürəyin işemik xəstəliyi.
- Ürək nahiyəsində ağrı və sinədə sıxılma hissi.
- Arterial təzyiqin yüksəlməsi.
- Hipofizin və ya böyrəküstü vəzilərin qabıq maddəsinin çatışmazlığı.
- Qalxanabənzər vəzidə nəzarət edilməsi mümkün olmayan tireoid hormonu ifraz edən zonaların olması.
Sinkler Denola
August 20, 2025Lorem Ipsum is simply dummy text of the printing and typesetting industry. Lorem Ipsum has been the industry's standard dummy text ever since the when an unknown printer took a galley of type and scrambled it to make a type specimen book. It has survived not only five centuries but also the leap electronic typesetting, remaining essentially unchanged. It was popularised in the with the release of Letraset sheets containing Lorem Ipsum passages, and more recently with desktop publishing software like Aldus PageMaker including versions of Lorem Ipsum.
Reply