İSTİFADƏSİNƏ GÖSTƏRİŞLƏR:
- yüngül və orta dərəcəli sürəkli astma tutmalarından əziyyət çəkən pasiyentlərdə, inhalyasion kortikosteroidlər xəstəliyin gedişinə adekvat nəzarət etmədikdə, qisamüddətli təsir göstərən B-aqonistlər isə, zəruri hallarda, müvafiq olmayan klinik nəzarəti təmin etdikdə 6 aylığından 5 yaşa qədər uşaqlarda astmanın əlavə müalicə vasitəsi kimi;
- xəstəlik anamnezində ciddi astma tutması olmayan, daxilə qəbul etmək üçün kortikosteroidlərin istifadəsini tələb edən, inhalyasion kortikosteroidləri işlətmək iqtidarında olmadıqlarını nümayiş etdirən yüngül dərəcəli sürəkli astma tutmalarından əziyyət çəkən 2-5 yaşlı pasiyentlərdə kiçik dozalı inhalyasion kortikosteroidlərin əvəzinə alternativ müalicə variantı kimi;
- bronxospazmın əsas səbəbi fiziki fəaliyyəti olan, 2 yaşdan yuxarı pasiyentlərdə bronxial astma tutmalarının profilaktikası üçün.
ƏKS GÖSTƏRİŞLƏR:
- montelukast natriuma və ya preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq;
- astmatik status daxil olmaqla, kəskin bronxial astma tutmaları.
İSTİFADƏ QAYDASI VƏ DOZASI:
Uşaqlar preparatı, yalnız böyüklərin nəzarəti altında istifadə edə bilərlər. Paket açıldıqdan sonra preparatın tam dozası 15 dəqiqə müddətində istifadə olunmalıdır. 6 ayı tamam olmayan körpələrə kulento 4 mq tövsiyə edilmir. 2-5 yaşlı pasiyentlərə montelukastı qəbul etdikdən 2-4 həftə sonra pasiyentlər müayinə olunmalıdır. Qənaətbəxş nəticə əldə edilmədikdə əlavə və ya digər müalicə təyin olunur.
ƏLAVƏ TƏSİRLƏRİ:
- infeksiyalar;
- immun sistemində baş verən pozğunluqları;
- psixikada baş verən pozğunluqlar;
- sinir sistemində;
- ürək-damar sistemində;
- tənəffüs sistemi;
- mədə-bağırsaq sistemi;
- dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar.
DOZA HƏDDİNİN AŞILMASI:
Doza həddinin aşılması barədə məlumat yoxdur.
Simptomları: ehtimal etmək olar ki, doza həddi aşıldıqda qarın nahiyyəsində ağrılar, qusma, yuxuya meyillik, başağrısı, susuzluq.
Rəylər (0)