İstifadəsinə göstərişlər:
- Ornitoz
- Taun
- Vəba
- Sibir xorası
- Malyariya
- Kü-qızdırması
- Melioidoz
- Leptospiroz
- Tsusuqamuşi və səyahətçilərin ishalı
- Laym xəstəliyi
- Brüselyoz
- Çanaq orqanlarının iltihabı
- Sidik yollarının infeksiyaları; xlamidiya, mikoplazma və rikketsiya, prostatit, genital limfoqranulematoz.
Əks göstərişlər:
Preparatın hər hansı bir komponentinə qarşı allergiya.
8 yaşa qədər uşaqlar
Hamiləlik və laktasiya
Ağır qaraciyər çatışmazlığı.
İstifadə qaydası və dozası:
Böyüklərə və 8 yaşdan yuxarı uşaqlara: birinci gün 200 mq dozada, sonra isə 100 mq gündəlik dozada, ağır infeksiyalar zamanı 200 mq gündəlik dozada daxilə təyin edilir. Müalicə müddəti adətən 10 gün təşkil edir.
Vəbanın müalicəsində 200 mq həftədə 1 dəfə
Səyahətçi diareyasının profilaktikası: 200 mq səyahətin birinci günü, sonrakı 3 həftə ərzində gündəlik 100 mq.
Malyariyanın müalicəsində gündəlik 200 mq, müalicə müddəti 7 gün
Sifilisin müalicəsində bir neçə qəbula bölünməklə sutkalıq 300 mq.
Rəylər (0)